Birinci şikayətim budur ki, nazirliyin saytında lazımı şöbələrə mail yazmaq və ya əlaqə saxlamaq üçün lazımı əlaqə məlumatları yerləşdirilməyib. Qaynar xəttləri heç yer yönəltmir və hansı mövzuda müraciət etsəm də yola verərək kömək edə bilməyəcəyini deyirDaha sonra isə bildirmək istərdim ki müəllimlərin işə qəbul imtahanının müsahibə mərhələsində (online oldu) Rafael M. adlı müəllim Nazirlikdən daha ağıllı olduqunu düşünərək iddia edir ki , ümumiyyətlə İnformatika fənni məktəbdə olmamalıdır. 15 fevral olub hadisə.Belə müəllimin müsahibə götürməsi və müsahibə belə agressiv davranışlar nümayiş etdirməsi, mənasız və boş ideyalarını ortaya sürməsi biabırçılıqdır.