Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsulları ilə bağlı aşkarlanmış yeni uyğunsuzluqlarla bağlı məlumat yayıb.

AQTA-dan Ucnoqta.az-a verilən məlumatda bildirilib ki, AQTA tərəfindən “Monitorinq Planı”nın icrası məqsədilə kolbasa və sosiska məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir. Belə ki, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Monitorinq zamanı sınaq nəticələrinə əsasən, 11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 5 məhsulda (4-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 16-da isə (9-u kolbasa, 7-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Bəzi məhsulların laborator sınaqları aparılmaqla yanaşı, bu sahədə monitorinqlər davam etdirilməkdədir.

AQTA bildirir ki, nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.

Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan 6 istehsalçı müəssisədə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilib. Yoxlama nəticəsində uyğunsuzluq aşkar edilmiş məhsulların dövriyyədən çıxarılması və satış şəbəkələrindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, 1 müəssisənin (“Sevilən Ad” MMC) istehsal fəaliyyəti dayandırılıb, 4 məhsulun istehsalı qadağan edilib, sözügedən müəssisələrin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb. AQTA tərəfindən digər müəssisələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlamalar davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində sınaq nəticələri uyğun olan məhsullarla bağlı geniş məlumat veriləcəkdir.

AQTA istehlakçılara bir daha müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda, dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.

Məlumat üçün bildiririk ki, sınaq nəticələri cədvəldə qeyd edilən məhsul partiyalarına şamil edilir.

Sınaq nəticələrində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyaları və istehsalçıları ilə bağlı məlumatla aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Monitorinq zamanı yeni uyğunsuzluqlar aşkarlanmış kolbasa və sosiska məhsullarına dair
məlumat
Məhsulun istehsalçısı Məhsulun
əmtəə nişanı
Məhsulun növü İstehsal tarixi Aşkarlanan uyğunsuzluq
1 “Sevilən Ad” MMC “Dilim-Dilim” Bişmiş “Doktorskaya” kolbasası 23.02.2023 Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb
2 “Dilim-Dilim” Bişmiş “Lyubitelskaya” kolbasası 23.02.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
3 “Əsl Dad” Bişmiş hisə verilmiş kolbasa 20.02.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
4 “Əsl Dad” Hisə verilmiş sosiska 27.02.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
5 “Mir 2016” MMC “Köhnə Dad” Bişmiş “Doktorskaya” kolbasası 19.01.2022 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
6 “Hakan Foods” MMC “Yeni Dad” “Qız qalası” sosiskası 20.02.2023 Üzərində mal əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
7 “Kral” Bişmiş “Xlebnaya” halal kolbasası 10.03.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
8 Fiziki şəxs
Məmmədov Rövşən
“Dadlıca” Bişmiş “Lyubitelskaya” kolbasası 12.02.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
9 Fiziki şəxs
Tahirov Vüqar
“Best Beef” Bişmiş hisə verilmiş “Servalat” kolbasası 21.02.2023 Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb
10 Əla növ “Ocaq” sosiskası 09.02.2023 Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb
11 “Al-Sana” MMC “Al Sana Payım” “Keşlə” sosiskası 01.03.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
12 İlya Kudelin Vasilyeviç “İli” sosiska 10.02.2023 Üzərində donuz və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam. Hər vaxtınız Xeyir. Şikayətim Araz Marketə bağlı Binə qəsəbəsinin mərkəzində yerləşən Araz supermarketin qastronom şöbəsinin əməkdaşları ilə bağlıdır. Qastronom şöbəsi müştərilərə qarşı hörmətsiz rəftar və nalayiq davranış sərgiləyirlər. Bunun dəfələrlə şahidi olmuşam. Sizdən xahişim odur ki, bununla bağlı ölçü…

22 Aprel 2024
0

Hazır paketdə olan malın yenidən çəkilməsi nə dərəcədə doğrudur?

13 Mart 2024
0

Больше 5 пачек сигарет не отпускают. Еогда спросил у кассиров, сказали что такая установка от руководства. Обратился на горячую линию Браво. Перезвонили и эту информацию не не подтвердили. Снова пошёл в Браво. И снова, на этот раз управляющий магазина сказал,…

14 Yanvar 2024
0

Bazarstor Yasamal park marketinizin müdürü Rəşad adında olan adam marketdə işləyən işçilərlə kobud rəftar edir, təhqir edir və aşağılıyır. Belə halların davam etməməsi üçün ölçü götürməyinizi xahiş edirəm. Araşdırılsın və belə hadisələrin qarşısı alınsın. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət…

07 Yanvar 2024
0

Daha çox şikayət görmək üçün daxil ol

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ