Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Azəriqaz İB vətəndaşı necə QAZlayır?

 

Xəyal Orucoğlu yazır…

Azəriqaz İB vətəndaşı necə QAZlayır?

4 aydır “Azəriqaz” başımıza oyun açır. Atam artıq ötən gün məcbur qalıb Dövlət Başçısına məktub yazıb.

Deməli, bizim evdə 2018-ci ildə qoyulan SMART kartla işləyən sayğacı bu il, yəni 2022-ci ilin fevralın 28-də bütün məhəlləni qaz sayğacları dəyişəndə yeniləyiblər. Bu vaxt məlum olub ki, guya bizim SMART kartla işləyən sayğacımız öz-özünə 1185 manat artıq qaz işlədib. Mən qurum əməkdaşlarına: “Sayğac kartla işləyir, yəni nə yükləmisən onu da sərf edir, əks halda bloka düşür. Bu necə ola bilər?”, – deyə soruşanda cavab təxminən belə oldu. İstəsəniz də, istəməsəniz də BUDUR! Bundan sonra qurumun ayr-ayrı şəxsləri ilə əlaqə yaradıb sualıma cavab almağa çalışdım ki, hər ay mütəmadi olaraq balansına qaz yüklənən SMART tipli sayğacda bu necə ola bilər? Sualıma məntiqli bir cavab verən tapa bilmədim.

Qurum əməkdaşlarından soruşuram ki, tutaq ki, siz bank kartınızda olan 100 manat pulla alış-veriş edisiniz, amma bank siz zəng edib deyir ki, hörmətli müştəri, siz kartdakı puldan 200 manat da artıq xərcləmisiniz, bizdə sistemdə belə göstərir. Gətirin pulu qaytarın. SİZCƏ, BELƏ BİR ŞEY OLA BİLƏRMİ?

Ya da 5 manatlıq danışıq kartından istifadə etdikdən sonra mobil operator sizə yığıb deyir ki, siz bu kartla 5 yox 15 manat danışmısınız. Klapan açıq qalıb, sərfiyyat çox olub. SİZCƏ, BELƏ BİR ŞEY MÜMKÜNDÜRMÜ?

Azəriqaz İB deyir ki, MÜMKÜNDÜR?

Qurumun əməkdaşlarından soruşuram ki, bu sayğacı bura Azəriqaz qoyub, əgər iddia etdiyiniz kimi sayğac nasaz idisə, sizin quraşdırdığınız nasaz sayğaca görə niyə vətəndaş əziyyət çəkməlidir?

Yaxud 2018-ci ildən qoyulan sayğacda problem var idisə, qurum bunu niyə vaxtında deyil, 4 il sonra, bütün məhəllənin sayğacı dəyişəndə “aşkar” edir. Bu qədər vaxtda hara baxırdınız?

Əlqərəz, o gündən bu günə kimi qurumdan danışmadığım, müraciət etmədiyim adam qalmayıb. Bir Ruslan Aliyev qalıb onun da, yəqin ki, bu statusdan sonra məlumatı olacaq.

Bu gün çox təəssüf ki, Azərbaycanda yaşayan elə bir insan yoxdur ki, onun sayğaclarla bağlı dramatik bir hekayəsi olmasın. Baxmayaraq ki, bu gün ölkəmizdə məmur vətəndaş münasibətlərində neqativ hallara yol verilməsin deyə ən müasir texnolgiyalar tətbiq olunur. Bununla yanaşı bəzi qurumlar və məmurlar müasir texnolgiyalardan belə öz məqsədləri üçün sui-istifadə etməyi bacarırlar.

İnanın ki, adi sayğac məsələsi ilə bağlı atamın cənab Prezidentə ünvanladığı məktuba görə şəxsən öz adımdan çox xəcalət çəkirəm. Dövlət başçısı bu qədər ağır iş jerimində ölkə yüklü məsələlərin həllini bir kənara qoyub ağacı kəsib yeridə parkinq tikilməsi məsələsini nəzarətə götürdüyü kimi vətəndaşların sayğac problemini də həll edəcəksə, onda o qurumlar və məmurlar niyə və nə üçün var?

 

12:45 – 21 İyun 2022 vaxtmedia.az

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam demek men edv 04.052024oturulmali ceklerim oturulmur bu gunde ayin 10.05.2024

2 gün əvvəl
0

Salam, Maştağa qəs. Həyat ticarət mərkəzinin qarşısı, Keçmiş mMemmedyarov dairesine çatmamış yolda heç bir sürətə nəzarət radarı yoxdu. tez tez piyada vurma halları olur, 1 neçe il öncə bir uşağı maşın vurdu öldü. dünen da özümü maşın vuracağdı. Xahiş edirem…

3 gün əvvəl
0

Masinda ola ola cerime yazib ve sekilinide çekmeyim .bu hal artiq bir nece defedi bas verir.parkovkalar doludu.yer yoxdu camat ve men masin saxlamaqa

01 May 2024
0

Salam menim şikayetim defelernen Pərvin Səfərəliyeve yazılı şəkildə şikayetim olub 99TP550 opel astira avto maşın evin qarşısında hereketde olmayan vaxt cerme olunub . Menim odediyim cermeye göre pravam risenyaya gedib. Hal hazırda araşdırılır. Amma o demek deyilki bu prava risenyaya…

23 Aprel 2024
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT