Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.
Bunu Sfera.az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
Onun sözlərinə görə, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib:
“Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə “Aİ-95” premium markalı benzinin satışı 2,00 AZN-dən, “Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb”.
Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin qalxacağı gözlənilir.
Qlobal.net xəbər verir ki, bu barədə Haqqın.az məlumat yayıb. Benzinin qiymətinin qalxmasına səbəb kimi dünya enerji bazarındakı volatillik göstərilir.
Qeyd edək ki, hazırda “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 120 dollar ətrafında dəyişir.
“Azərbaycan neft emal edən ölkədir. Bu, ona daxili bazarda neftdən alınan müxtəlif məhsullar – dizel və benzinin müxtəlif markalarına görə qiymətləri sabit saxlamağa imkan verir. Hətta, bəzi neft məhsullarına görə qiymət qalxdıqda belə, bu, cəmiyyət arasında xüsusi narahatlığa səbəb olmadı. Çünki istehlakçı anlayır ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunmuş digər ölkələr kimi onun qanunları ilə yaşayır və qiymət dəyişkənliyini nəzərə almaya bilməz” – deyə məqalədə qeyd olunub.
Ekspertlər hesab edir ki, neft və neft məhsullarının kəskin bahalaşması dünya iqtisadiyyatında növbəti tənəzzülə səbəb ola bilər.
Salam, Maştağa qəs. Həyat ticarət mərkəzinin qarşısı, Keçmiş mMemmedyarov dairesine çatmamış yolda heç bir sürətə nəzarət radarı yoxdu. tez tez piyada vurma halları olur, 1 neçe il öncə bir uşağı maşın vurdu öldü. dünen da özümü maşın vuracağdı. Xahiş edirem…
Masinda ola ola cerime yazib ve sekilinide çekmeyim .bu hal artiq bir nece defedi bas verir.parkovkalar doludu.yer yoxdu camat ve men masin saxlamaqa
Salam menim şikayetim defelernen Pərvin Səfərəliyeve yazılı şəkildə şikayetim olub 99TP550 opel astira avto maşın evin qarşısında hereketde olmayan vaxt cerme olunub . Menim odediyim cermeye göre pravam risenyaya gedib. Hal hazırda araşdırılır. Amma o demek deyilki bu prava risenyaya…