Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Google Play Store-dakı bəzi tətbiqlər istifadəçi məlumatlarını ABŞ-ın xüsusi orqanlarına göndərirmişlər

Google Play Store-dakı bəzi tətbiqlər istifadəçi məlumatlarını ABŞ-ın xüsusi orqanlarına göndərirmişlər

   Google Play Store-da zərərli tətbiqlərin olma faktı artıq heç kimi təəccübləndirmir. Lakin adətən zərərli proqram təminatlarının yayılması ilə hackerlər, dələduzlar qrupu və s. şəxslər məşğul olurlar. The Wall Street Journal-ın verdiyi məlumata əsasən bu siyahıya həmçinin ABŞ-ın xüsusi dövlət orqanları da daxil olublar. Verilmiş məlumata əsasən bəzi tətbiqlərə inteqrasiya edilmiş SDK (Software Development Kit) istifadəçi məlumatlarını ABŞ-ın kəşfiyyat cəmiyyəti ilə çalışan podratçılardan (öz öhdəliyi altında sifarişçinin göstərişi ilə öz materiallarından və ya sifarişçinin materiallarından müəyyən ödəniş müqabilində istifadə etməklə müəyyən işləri yerinə yetirməyi öhdəsinə götürən ixtisaslaşmış müəssisə) birinə göndərir. Sözügedən layihənin mərkəzi, Panamada qeydiyyatdan keçirilmiş Measurement Systems adlı şirkətdir.

Maraqlısı ondadır ki, az tanınan bu şirkət proqram təminatı tərtibatçılarına, tətbiqlərə fərdi SDK-nı əlavə etməyi təklif edib. Bununla belə bunu reallaşdırmaq üçün şirkət həmçinin tərtibatçılara 100$-dan 10.000$-a kimi pul da təklif edib.

    Məlumatda qeyd edilib ki, sözügedən SDK metereoloji, yollarda radarların axtarışı, müsəlmanlar üçün nəzərdə tutulmuş dini tətbiqlər və s. kimi proqram təminatlarında istifadə edilib. Məlumata əsasən bu cür tətbiqlər ümilikdə 60 milyon dəfə yüklənilib. Measurement Systems şirkəti əməkdaşlığa razı olmuş tərtibatçılara bildirib ki, istifadəçi məlumatları internet provayderlər, energetik şirkətlər və maliyyə servisləri üçün yığılır. Bundan əlavə olaraq şirkət həmin tərtibatçılara bildirib ki, onları daha çox Yaxın Şərq, Asiya və o cümlədən Mərkəzi və Şərqi Avropadan olan məlumatlar maraqlandırır. Diqqət çəkən məqam ondan ibarətdir ki, adətən bu regionlardan olan məlumatlar daha az marağa səbəb olurlar. Məsələn məlum olub ki, SDK-nın istifadə edildiyi hava proqnozu tətbiqlərindən biri İranda çox məşhurdur. Qeyd etmək lazımdır ki, İran isə öz növbəsində ABŞ üçün böyük maraq doğurur.

SDK-nın aktivləşməsindən sonra cihazın dəqiq yerləşdiyi yer, telefon nömrəsi, elektron poçt ünvanı və yaxınlıqda yerləşən digər cihazlar barəsində məlumatlar da daxil olmaqla böyük həcmli istifadəçi məlumatları yığılıb.

    Bundan əlavə olaraq yığılmış məlumatlar arasında həmçinin istənilən növ şifrələr də mövcud olub. SDK Whatsapp-dan olan faylların yerləşdikləri qovluqlar da daxil olmaqla fayl sistemini qismən skan etmiş ola bilər. Zərərli proqram təminatı ilk öncə AppCensus adlı şirkət tərəfindən aşkar edilib. Sözügedən şirkət mobil kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir. Şirkətin təmsilçiləri bildiriblər ki, aşkar edilmiş SDK son 6 il ərzində müşahidə edilmiş mobil tətbiqlər arasında insanların özəl həyatlarına daha dərindən daxil olan SDK-dır. Bu məsələ ilə bağlı məlumatın ortaya çıxmasından sonra Google şirkəti Play Store-dan zərərli proqram təminatlarını silməyə başlayıb. Measurement Systems şirkəti isə birdən-birə məlumatların yığılma prosesini dayandırıb. Google bildirib ki, tərtibatçılar öz tətbiqlərindəki mövcud zərərli SDK-nı siləndən sonra tətbiqləri Play Store-a geri qaytara bilərlər. Bundan əlavə olaraq zərərli SDK-nı özündə birləşdirən bəzi tətbiqlərin siyahısı təqdim olunub. Sözügedən tətbiqlərin tez zamanda smartfonlardan silinməsi məsləhət görülüb. Siyahı isə belədir:

– Speed Camera Radar

– Al-Moazin Lite (Prayer Times)

– WiFi Mouse (remote control PC)

– QR & Barcode Scanner

– Qibla Compass – Ramadan 2022

– Simple weather & clock widget

– Handcent Next SMS – Text w/ MMS

– Smart Kit 360

– AI Quarun Mp3 – 50 Reciters & Translation Audio

– Audiosdroid Audio Studio DAW – Apps on Google Play.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Qızıl zəmanətin bəndlərinə əsasən xarab olan məhsulun servise gönderildiyi tarixdən 14 iş günü ərzində təmir olunmayıbsa təmannasız 100 faiz deyerinde başqa behsulla deyişdirilmesi mümkündür , 14 iş günü keçmesine reğmen mehsul hele tehfil verilmeyib ve üstelik hele 7 güne geleceyi…

2 gün əvvəl
0

Salam.Men Bakuelektroniksden onlayn mehsul aldim (Firitoz)Catdirilma olunanda işci acib baxmaqa icaze vermedi dedi onsuz 14 gune qaytara bilirsen.Gelib evde baxanda gordum ki ezikdi mehsul sadece yoxladim ki gorum islekdi ya yox 1 defe istifade etdim Sabahisi gun qaytardim.Bu gun servis…

04 May 2024
0

Salam bir ay kecmeyine baxmlyaraq edv oturmaylb

02 May 2024
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT