Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

 

Gündəlik alış-veriş zamanı tez-tez müraciət etdiyimiz ət və ət məhsullarından biri də kolbasa və sosislərdir. Lakin ətin kiloqramının 11-12 manata olduğu halda ətdən hazırlandığı iddia edilən kolbasa və sosislərin qiymətinin 4-5 manat olması artıq xeyli vaxtdır ki, əhalini düşündürür.

Lakin problem tək bu deyil. Mənşəyi bilinməyən ət məhsuları artıq bazarda öz sözünü demiş, bütün standartlara cavab verən ət məhsulları ilə rəqabət aparırlar. Bunun da əsas səbəbi ucuz və keyfiyyətsiz məhsulların intensiv şəkildə reklam olunmasıdır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sfera.az-a açıqlamasında söyləyib ki, ölkəmizdə 20-dən çox ət məhsulları istehsal edən müəssisə var:

“Bazarda elə bir vəziyyət yaranıb ki, ekoloji təmiz, təzə ətlərdən kolbasa istehsal edən müəssisə az qalır ki, müflis olsun. Naməlum maddələrdən hazırlanan kolbasa və sosis məhsullarını bazara çıxaran və qiymət yolu ilə bazarda haqsız bir rəqabət mühiti yaradan qurumlar var. AİB olaraq əlbəttə ki, insanların ucuz və keyfiyyətli mallar almalarının tərəfdarıyıq. Lakin bazara elə məhsullar çıxarılır ki, bütün gigiyenik qaydalara riayət edərək sağlamlıq üçün ziyanlı olmayan məhsullar istehsal edən müəssisə müflis olur. Bu, yolverilməzdir.

Azərbaycan hökuməti biznes qurumları üçün dünyanın heç bir yerində olmayan rahat şərait yaradıb. Ən inkişaf etmiş ölkələrdə belə biznesmenlərin qazancına şərik olan reket qüvvələr var. Ölkəmizdə isə belə hallar yoxdur. Lakin düşünürəm ki, biznes qurumlar hökumətin bu əhəmiyyətli siyasətini düzgün dəyərləndirə bilmirlər”.

Birlik sədri ucuz qiymətə satılan ət məhsullarının bu qədər geniş yayılmasının səbəblərinə də aydınlıq gətirib:

“Ölkənin antiinhisar qurumu çox ciddi iş aparmalıdır. Onu da qeyd etməliyəm ki, hazırda istər televiziyalarda, istərsə də sosial şəbəkələrdə kiloqramı 4-5 manat dəyərində olan kolbasa və sosislər çox reklam olunur. Əhalinin böyük hissəsi də televiziyalara inanır, düşünür ki, televiziya vasitəsilə reklam olunan məhsul ekoloji cəhətdən sağlamdır, xeyirlidir. Lakin sual yaranır: hansı texnoloq kiloqramı 4 manata olan ət məhsulu hazırlaya bilər? Hətta ən peşəkar texnoloqlar belə həmin məhsulların nədən hazırlandığını ayırd etməkdə çətinlik çəkirlər. Heyvan dərisindən hazırlasalar, yenə də o qiymətə olmazdı”.

Ekspert yerli ərzaq bazarında satışda olan xarici məhsullar barədə də məlumat verib. O, həmin məhsulların tərkibini, nədən hazırlandığını ciddi şəkildə araşdırmağı təklif edib:

“Dəfələrlə səsləndirdiyim digər bir məsələ xaricdən idxal olunan ət məhsullarının araşdırılması ilə bağlıdır. Həmin mallar çox cəlbedici şəkildə paketlənirlər və bu da insanlarda daha keyfiyyətli məhsul fikrini formalaşdırır. Müşahidələr onu göstərir ki, həmin xarici məhsulların qablaşdırılması ilə daxili eyni olmur, uyğunsuzluq olur”.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam. Hər vaxtınız Xeyir. Şikayətim Araz Marketə bağlı Binə qəsəbəsinin mərkəzində yerləşən Araz supermarketin qastronom şöbəsinin əməkdaşları ilə bağlıdır. Qastronom şöbəsi müştərilərə qarşı hörmətsiz rəftar və nalayiq davranış sərgiləyirlər. Bunun dəfələrlə şahidi olmuşam. Sizdən xahişim odur ki, bununla bağlı ölçü…

22 Aprel 2024
0

Hazır paketdə olan malın yenidən çəkilməsi nə dərəcədə doğrudur?

13 Mart 2024
0

Больше 5 пачек сигарет не отпускают. Еогда спросил у кассиров, сказали что такая установка от руководства. Обратился на горячую линию Браво. Перезвонили и эту информацию не не подтвердили. Снова пошёл в Браво. И снова, на этот раз управляющий магазина сказал,…

14 Yanvar 2024
0

Bazarstor Yasamal park marketinizin müdürü Rəşad adında olan adam marketdə işləyən işçilərlə kobud rəftar edir, təhqir edir və aşağılıyır. Belə halların davam etməməsi üçün ölçü götürməyinizi xahiş edirəm. Araşdırılsın və belə hadisələrin qarşısı alınsın. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət…

07 Yanvar 2024
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ