Mən bu qədər məhsuliyyətsiz şirkət görməmişəm. Demək noyabr ayında bakiya göndərilən bağlama 10 gün gömrükdə qaldı. Bildirdilər ki, gömrükdə problem var idi o səbəbdən belə gecikmə oldu. İnandım və növbəti sifarişimdə belə bir problem yaşanmayacığını ümid edərək, yenidən sifariş verdim. Və budur növbəti məyusluq. Demək bağlama Türkiyə ambarında 8 gün saxlanıldıqdan sonra Bakiya göndərilmiş statusu aldı (8 dekabr). O gündən sonra heç bir update olmadı ancaq dəfələrlə müraciyyətimdən sonra yanı 16 dekabr (8 gündən sonra) statusda dəyişiklik oldu və yazıldı ki, Baku Cargo Terminalına daxil olub. 25 Dekabr tarixində status yenidən update oldu və qeyd olundu ki məhsul Baki ambarında çeşidlərnir və budur kuliminasiya noqtəsi, məhsul Baki Ambarında çeşidlənsədə siz onu ala bilmirsiz çünki hələ o təhvilə hazırdır statusunu almayıb. Və budur artıq 30 dekabrdır və məhsu hələdə Mover şirkətinin ambarındadır amma məhsulu təhvil vermirlər. 5 gün ərzində necə bir şirkət məhsulu təhvil vermiyə bilər, bu nə məsuliyyətsizlikdir axı!!! O gədər müştəri yığıblarvə təbii qazancları artıb onlar məcburdular ona uyğun işçi götürməyə ki, muştərilərin bağlamaları vaxtında təhvil verilsin. Eyni problem Amerikadan olan sifarişimlə yaşayıram. Demək bağlama Bakiya 10 dekabr tarixində göndərilib. Təbii ki günlərdir Moverdən heç bir update yox idi , çox saylı müraciyyətlərdən sonra bağılamanın statusunda update oldu. 18 dekabr tarixində Baku Cargo terminalına daxil olmuş kimi göstərilir. Və budur 30 dekabrdır artıq 12 gün keçib heç bir update yoxdur. Hər bir şeyi atırlar Gömruk organlarının üzərinə. Mən Gömruk organlarına rəsmi müraciyyət etdim. Ordan mənər rəsmi cavab gəldi ki onlar tərəfdən heç bir sıxıntı və ya saxlama kimki hal olmayıb. Və əlavə olaraq telefonla zəng edərək bildirdilər ki, Mover şirkətinin SW şirkətinə borcu var və bu səbəbdən bağlamaları belə saxlayırlar. Buda o deməkdir ki, Mover şirkəti məhsuliyyətdən qaçaraq günahı Gömrük organlarına atır və müştərilərini aldadır.
Şikayət firma və şikayətçi arasında müzakirəyə açıqdır