Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
granmart

Mover az

Müqayisə et

61 şikayət 3 təşəkkür

9009
www.mover.az

Turkiyeden mehsul sifariw etmiwem bilmeden Moverle olub.Ama ne Sehifesi tapilir,ne de program iwleyir.Neyneye bilerem?

22 Avqust 2023
1

Trendyoldan ilk sifariş verdiyim gündən bu günə kimi bağlamalarım mover kargo ilə gəlib. Bağlamaların hər cürə hereketliliyini sms vasitəsi ilə bildiriş göndərən mover.az fəaliyyətini dayandırdıqlarında da bizlərə bildiriş göndərib məlumatlandırmalı idi. İndi mənim 2 sifarişim bağlanmış mover şirketinin ünvanına gönderilir….

13 Avqust 2023
0

2022 dekabr ayından 430 usd dəyərində mənə Əliyev Fazıl Hüseyn və yoldaşıma Əliyeva Yeganə Fikrət qızına aid mallarımız mover amerika anbarına daxil olub 1 ilə yaxındır. Tətbiqə daxil olmaq olmur ismarıclara cavab verən yoxdur. *9009 xəttinə cavab verən yoxdur. Nə…

12 İyul 2023
0

Slaam men mover sirketinin saytina ne googlede daxil ola bilirem nede sirketin mobil operator ucun olan tetbiqinde sebebini bilmey istiyirem mehsul vurmusam beyan etmeliyem ede bilmirem

Salam. Mover şirkəti keçən il noyabrdan indiyədək mallarımızı saxlayıb Amerika ambarında. Artıq 7 ay keçib ancağ mover nə pulumuzu geri qaytarır nədə ki, malları gətirmədi. Biz pulimuzun geri qaytarılmağını gözləməkdən yorulduq ve heç malların aqibəti haqqında məlumatıda vermədilər. Mover şirkəti…

30 Aprel 2023
0

Salam mənim 2476135840 möşderi qodum 265955 görənmir ayin 6 təfil verlib

Revane Bayramova

11 Aprel 2023
0

Artıq iki həftədir ki bağlanaların xarici anbarda qalıb, Mover az bu barede zənglərə cavabı gecikir, mail ünvanı cavablamır, bununla bağlı hətta bir bağlamam haqda heç bir məlumat belə yoxdur

Revane Bayramova

05 Aprel 2023
0

2022-ci ilin dekabr ayı 14 dən etibarən bağlamam qalıb Mover şirkətinin Amerika anbarında. Əvvəlcə 2023-cü il yanvarın 15-dək çatdıracaqlarını əminliklə deyirdilər Məsələ biraz uzadıqdan sonra “əks halda pul qaytarılacaq” dedilər(əfsuslar olsun bu deyilənə dair dəlil sübutum yoxdur) Sonra da Moverin…

03 Aprel 2023
1

Mover.az kargo şirkəti ilə bağlı tədbir görmənizi xahiş edirəm. Müştəriləri uzun zaman aldadırlar. Cəzasız olduqlarına əmindirlər və buna görə də müştəriləri aldatmağa davam edirlər.

Azer Huseynov

12 Sentyabr 2022
0

Mover.az

“Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 60 mindən çox fiziki şəxsin 3 milyondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib, o cümlədən ölkə daxilindəki ünvanlara əldən təslim edib.

Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan edilməmiş hər növ yüklərin xarici ölkələrdən Azərbaycana və Azərbaycan daxilində qapıya çatdırılması ilə məşğuldur. Ölkəxarici və ölkədaxili elektron ticarət platformalarından verilən sifarişlərin ünvana çatdırılmasını da həyata keçirən “Mover” MMC bugünə qədər yarım milyondan çox bağlamanı Azərbaycanın müxtəlif bölgələrindəki müştərilərinə təhvil verib.

Mover MMC hazırda müştərilərinə elektron ticarət logistikası, anbar, havayolu karqo, dəniz daşımaçılığı, tarixi və sənət əsərlərinin, təhlükəli maddələrin və temperatur həssaslığı olan bağlamaların daşınması, qapıda təslim, onboard, alış-veriş köməkçisi və çarter xidmətlərini təklif edir.

Mover MMC eyni zamanda yazışmalar, işgüzar sənədlər, şəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmaların, həmçinin, dövri çap və poliqrafiya məhsulları kimi poçt daşımalarına daxil olan hər cür yüklərin göndərilməsini də həyata keçirir.

Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) Azərbaycandakı yeganə üzvü olan Mover MMC beynəlxalq aləmdə də özünəməxsus yerə sahibdir. Azərbaycanın 40-a yaxın şəhər və rayonunda 7 ofis və 50-dən çox Mover Məntəqələrinə sahib olan Mover MMC ölkədə bu sahədə ən böyük şəbəkəyə sahibdir və gündən günə böyüyür. Məqsədimiz ölkənin hər bir nöqtəsindəki müştərilər üçün əlçatan olmaq və onların məmnuniyyətini qazanmaqdır.

Mover.az əlaqə

Bakı anbarı
[email protected]
*9009
Füzuli küçəsi 65, Fransız institutunun yanı

Əhmədli anbarı
[email protected]
*9009
Məhəmməd Hadi 130A ( Əhmədli metrosu, Coffemania ilə üz bə üz)

Sumqayıt anbarı
[email protected]
*9009
H.Əliyev 5/81 45-ci məhəllə (Tarix muzeyi ilə üzbəüz)

Gəncə anbarı
[email protected]
*9009
Heydər Əliyev prospekti 639B

Necə sifariş edim?

Mover.az saytında qeydiyyatdan keçməklə bizim xaricdəki ofisimizin ünvanını əldə edirsiniz. Bundan sonra Türkiyə, ABŞ və BƏƏ-dəki onlayn alış-veriş saytlarından sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edib, sifarişinizi tamamlayırsınız. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırır. Biz satıcı firmadan təhvil aldığımız bağlamanızı Azərbaycana gətirir, istəyinizə uyğun olaraq, ünvanınıza çatdırırıq.

Sifarişim neçə günə çatdırılır ?

Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftəsonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırdıqdan sonra ən gec 3 gün ərzində bağlamalarınız Azərbaycanda olur.

Mover.az xaricdəki ünvanını

Xaricdəki ünvanlarımızı əldə etmək üçün Mover.az saytında qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail ünvanı və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra xaricdəki ünvanlarımız görünəcək.

Çatdırılma qiymeti necə hesablanır?

Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.

İş günləri və saatları?

Bazar günləri istisna olmaqla həftə içi hər gün :
Müştəri xidmətləri: 10:00 – 20:00
Çağrı mərkəzi: 10:00 – 00:00
“Sifariş et” xidməti: 10:00 – 23:30
Bağlamaların təhvili: 10:00 – 00:00

Qarşısında "Demo data" yazılmış qrafiklər toplanmış dataların azlığı səbəbi ilə hazırda aktiv edilməmişdir. Demo datalardakı grafiklərdə ölçümlər demo olaraq mövcuddur və doğru deyil.

Şirkətin reytinqi

  • Şikayətləri həll etmə fazi ( Demo data )

    0%

2022 Şikayət sayı

  • İyun: 0
  • İyul: 2
  • Avqust: 7
  • Sentyabr: 3
  • Oktyabr: 5
  • Noyabr: 2
  • Dekabr: 14
  • Yanvar: 9
  • Fevral: 7
  • Mart: 2
  • Aprel: 7
  • May: 3
  • 2022 Təşəkkür sayı

  • İyun: 0
  • İyul: 0
  • Avqust: 0
  • Sentyabr: 0
  • Oktyabr: 0
  • Noyabr: 1
  • Dekabr: 0
  • Yanvar: 2
  • Fevral: 0
  • Mart: 0
  • Aprel: 0
  • May: 0
  • Şikayət sayı

    61

    Təşəkkür sayı

    3

    Bu günə qədər yazılan şikayət sayı

    68

    Oxşar şirkətlər