Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Azərbaycanda 300 manatlıq maaş: Bu pula 1 həftə yaşamaq olar, bəs qalan 3 həftə?

Azərbaycanda 300 manatlıq maaş: Bu pula 1 həftə yaşamaq olar, bəs qalan 3 həftə?

Azərbaycanda əmək müqaviləsi ilə işə girənlərin 40 faizi minimum əmək haqqı ilə çalışır. 

Bu barədə Dövlət Vergi Xidməti və Medianın İnkişafı Agentliyinin KİV nümayəndələri üçün keçirdiyi birgə təlimdə bildirilib. Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən etibarən minimum əməkhaqqının məbləği 300 manat müəyyən olunub. Onu da vurğulayaq ki, rəsmi qurumlar bu rəqəmləri təsdiqləməklə bir daha ölkə əhalisinin həyat səviyyəsini ortaya çıxarır. Belə ki, 40 faiz az rəqəm deyil və əgər bir ölkənin bu sayda əhalisi 300 manat əmək haqqı alırsa, mövcud bazar qiymətlərini nəzərə aldıqda çox acınacaqlı bir vəziyyət müşahidə etmək mümkündür.

Digər tərəfdən, işçilərin əmək müqaviləsi ilə bağlı adətən “qara mühasibatlığın” mövcud olduğu deyilir, halbuki vergi yükünü azaltmaqla dövlət özü bu problemin həllinə nail ola bilər.

Bu gün hökumətə vətəndaşların 300 manat əmək haqqı alması, yoxsa “qara mühasibatlıq” sərf edir? 

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirdi ki, əsasən minimum əmək haqqının yazılması faktı özəl sektorda özünü biruzə verir:

“Özəl sektorda çalışanlar 300 manata işləmirlər. Lakin vergi yükünün ağır olması sahibkarları buna məcbur edir ki, əmək haqlarını rəsmi qaydada 300 manat göstərsinlər, qalan məbləğləri ilsə nağd şəkildə versinlər. Burada dövlət düşünməlidir ki, vergi yükünü azaltmaq lazımdır. Azərbaycanda əmək haqlarına tətbiq edilən vergilər kifayət qədər çoxdur və təxminən 20 faizdən yuxarıdır. Heç bir sahibkar və yaxud çalışan istəməz ki, əmək haqqından bu qədər vergi ödəsin. Xüsusilə də kiçik və orta sahibkarlıq subyektləri üçün fərqli vergi kateqoriyaları tətbiq edilməlidir ki, bu dünya təcrübəsində var. Həmin kiçik və orta sahibkarlıq subyektlərinin vergi yükünü azaltmaq lazımdır ki, həm vətəndaşlar əmək haqlarını real göstərə bilsinlər, həm də öz gəlirlərinin böyük bir qismini vergiyə ödəməsinlər. Əslində Azərbaycanda 300 manat əmək haqqı alan vətəndaşlar çoxdur. Bu, əsasən dövlət sektorundadır. Məsələn, DOST mərkəzlərində 60-70 min vətəndaşa, dövlət təşkilatlarının xidmət sektorunda minimum əmək haqqı tətbiq olunur. Bu da həm dünyada, həm də Azərbaycanda inflyasiya həddinə görə kifayət qədər aşağı məbləğdir. Ölkəmizdə kommunal xərclər çox yüksəkdir, vətəndaşların kommunal yükləri həddindən artıq çoxdur. Son 6 ayda ölkədə 40 faizə yaxın inflyasiya gedib, bahalaşma var. Azərbaycan manatı daxili bazarda kəskin şəkildə dəyər itirib. Bu itirilən dəyər təqribən 40-45 faiz həcmindədir. Təqdim olunan əmək haqları, büdcədən maliyyələşən pensiya və digər sosial təminat sektorlarında verilən pensiya və istehlak minimumu 205 manat götürülüb ki, bununla Azərbaycanda bir vətəndaşın normal 1 ay ərzində yaşaması üçün cəmi 1 həftə bəs edir. Qalan 3 həftə isə vətəndaşlar çox ağır şəraitdə yaşayırlar”. 

Nigar Abdullayeva
Cebhe.info

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam aleykum.Mən bununla neçənci dəfədir ki,naviqasiyanın düz təyin olunmamasına və gecikməsinə görə müştərilərimi itirirəm və buna görə də reytinqim düşür.Və umumiyyətlə bir az məsafəni belə naviqasiya çox uzadaraq məni təyin olunma yerinə gecikdirir və elə bir yollarla aparır ki,gedib müştəriyə…

2 gün əvvəl
0

Bir koputlyk internetiviz yoxdu ya bu zibilivizi duzeldin yada biz baska pravaydira kecek !biyabirciliq utanmirsiz

2 gün əvvəl
0

Salam sizi bine südçuluk safqozunan narahat edirem bu günen 20 gündurr bizim vayfayimizin ana xeddini qonsumuz kanalzasiya quyusu qazdiranda tiraxdir qirib qaçiblar özudeki yoxdu bizde 450 20 20 ye zeng vururuq bizim sikayetime baxan yoxdu xayis edirem nezere alasiz ve…

3 gün əvvəl
0

maşının nömrəsin dəyişməy isdəyirəm 2 gündü gözdəmədədi niyə bu qədə gec

4 gün əvvəl
0

Daha çox şikayət görmək üçün daxil ol

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ

1657282117_62c81d5d99b3762c81d5d99b38165728188562c81d5d99b3562c81d5d99b36

MİDA-dan ev alanların nəzərinə! – Nəticələr ləğv edildi, həbs edilənlər var