Mən mover.aza gire bilmirem giriş etdikde yazırki asan logine giriş et necə edim?
Əgər siz xaricdən nəsə sifariş vermək istəyirsinizsə qəti bu şirkətə güvənməyin və xidmətlərindən yararlanmayın. Saytlarında 1-7 gün ərzində çatdırılma qeyd olunsa da, ortalama 1 aya gətirib çıxarırlar. Halbuki, eyni müddətə adi dövlət poçtu da gətirib çıxarır, özü də qəpik quruşa. Mover-ə bu qədər pul verib niyə 1 ay gözləməliyik və əsəblərimizi korlamalıyıq anlamıram. Mail vasitəsi ilə şikayət verirsən 1 həftəyə şablon bir cavab göndərirlər. Telefonda onlara düşmək üçün azı 40 dəqiqə gözləməlisən, amma operatorlarından da bir fayda yoxdur. Bağlama çoxdur deyib başlarından edirlər. İşləyə bilmirsən dur qırağa, camaatı niyə aldadırsan? Bu qədər rəqibləriniz var, özünüz özünüzə niyə torba tikirsiz ki?! Çörəyiniz bu işdən və müştərinin məmnuniyyətindən asılıdır, amma görünən odur ki, heç nə vecinizə deyil.
Hal-hazırda ABŞ-dan sifariş verdiyim 2 bağlama 15 gündən sonra Bakıya çatıb və 10 gündür Bakı anbarında çeşidləyib mənə təhvil verə bilmirlər. Ad çəkməyəcəm amma gedin bir başqa şirkətlərin çatdırılma müddəti ilə maraqlanıb gözünüzə su alın. Nə oldu elə pandemiya, gömrük ancaq sizə problem yaratdı, bəlkə problem siz elə özünüzsüz.
Bir sözlə – bərbad və yarıtmaz xidmət! Bu şirkətdə son sifarişim idi.
Mən mover.aza gire bilmirem giriş etdikde yazırki asan logine giriş et necə edim?
Beyanname etmek ucun fatura yuklenmir. Mehsul Turkiye anbarindadir
20.12.2021 il tarixinde bağlamam Moverin Turkiyye anbarina daxil olub.Mene birinci bildirdiler ki,bağlamaniz daxil olmayib,onlara tehvil aldiqlari senedin şekilini teqdim etdikden sonra boyunlarina aldilar ki,itirmişik bağlamanizi.Bele mesuliyyetsizlik olmaz.Men onlardan şikayeçiyem
Mən mover.az dan çanta sifariş etdim və etdiyim gün kartımdan 10azn çıxıldı 2 gün olarki mal anabara göndərilib lakin məndən yenidən pul ödəməmi istəyir səbəb?
Şikayət müzakirəyə açıqdır