Apple itmiş və ya oğurlanmış iPhone-ların rəsmi təmirlərini qadağan edəcək
Mart 30, 2022
Macrumors saytının jurnalistləri bu məsələ ilə bağlı sənədləri əldə ediblər. Əldə edilmiş sənədlərdə qeyd edilib ki, şirkət şübhəli keçmişi olan cihazların təmir edilməsi prosesindən imtina etməyi planlaşdırır. Hətta əgər cihaz əvvəlki istifadəçi tərəfindən bloklanmayıbsa da şirkət təmir xidmətinin göstərilməsindən imtina edəcək. Verilmiş məlumata əsasən Apple şirkətinin mağazaları və servis mərkəzləri təmir üçün nəzərdə tutulmuş cihazların itmiş cihazlar reyestrində yoxlanılmasını reallaşdıracaqlar. Əgər texniki mütəxəssis bu və ya digər cihazın itmiş və ya oğurlanmış olduğunu təyin etsə, o, həmin cihazın təmir edilməsindən imtina edəcək.
Məlumata əsasən iPhone-nun bloklaşdırılmasından fərqli olaraq bu yeni strategiya smarfonu seriya nömrəsi vasitəsilə yoxlamaq imkanını verir. Beləliklə əgər cihazın əvvəlki sahibi onu bloklamasa da cihazın itmiş və ya oğurlanmış olduğunu təyin etmək mümkün olacaq. Bunun üçün nəzərdə tutulmuş GSMA reyestri qlobal məlumatar bazası rolunda çıxış edir və o, bəzi ölkələrdə aktivdir. Apple cihazlarının təmiri üzrə bu yeni qərarın nə zaman qüvvəyə minəcəyi barəsində məlumat yoxdur. Gözləntilərə əsasən şirkətin rəsmi mağazaları ilə servis mərkəzləri yaxın zaman ərzində bu məsələ ilə bağlı bildiriş əldə edəcəklər.
Qızıl zəmanətin bəndlərinə əsasən xarab olan məhsulun servise gönderildiyi tarixdən 14 iş günü ərzində təmir olunmayıbsa təmannasız 100 faiz deyerinde başqa behsulla deyişdirilmesi mümkündür , 14 iş günü keçmesine reğmen mehsul hele tehfil verilmeyib ve üstelik hele 7 güne geleceyi…
Salam mən məhəmmədov Elgiz Elçin oğlu mən xəbərim və iştirakım olmadan 0707455853 adıma nömrə alıb və nara 777 zəng edib məlumat vermişəm texniki şöbə 1 aydı araşdırıb məlumat vermir ki nömrə hardan varsi dilərsən alınıb tukanan .alınıb bu arasdirilsin