20 yanvar m-sunun yanındakı Bravo supermarketində bugün axsam olmuşam. Çıxanda məni saxladılar, və məcbur etdilər ki,mən ona öz çantamı gostərim.Özümdə 2 çantam var idi, onlardan birində mən hədiyyə aparmaşdım, və səliqəli qutuda yığmışam, istəmirdim açarsız şkafa qoymaq, çünki bildiyiniz kimi 20-dəki Bravo-da skaflarında açar olmur.Bir dəfə pis vəziyyətdə düşmüşəm supermarketdə, bu səbəbə görə açarsız skaflara çalışdığim qədər heçnə qoymuram, və həmin supermarketdə skaflara baxan yoxdur deyə,etibar etmirəm.Amma kameralara baxmayanda məni saxladılar, kulyok yox idi,ancaq Bravodaki özü alış-veriş ilə, üstümdə 2 sumkam var idi.Orada olan əşyalarımı çıxardıblar, elə-belə qoyublar yerinə, onlardan biri elə rəftar etdi ki,elə bil ki cinayətkaram.Mən müəlliməyəm,məni tanıyanlar çoxdur, Allah eləməsin ki, tələbələrdən biri məni həmin an görsün.Sizin üçün öz nüfuzunuz önəmlidir, mənim öz nufluzum 1-ci yerdədir.İndi isə özümü çox pis hiss edirəm, birinci dəfə rast gəlirəm bununla.Əvvəlcədən normal şkafları düzəldin,rahat əşyalari qoymaq üçün, sonra belə hərəkət edə bilərsiniz.
Diqqətinizə görə təşəkkür edirəm.