Salam KontaktHomdan 18.08.2021-də Onlayn Kondisoner sifariş etdim. Sifariş etdiyim məhsula görə bəhanələr gətirərək məhsulu verməkdən imtina edirlər
Məşhur Geekbench bençmark saytının təmsilçilərindən biri Xiaomi Mi 11 smartfon modelinin qeyri-adi test nəticələrini təqdim edib. Məsələ burasındadır ki, smartfonun adi test nəticələri normaldır. Lakin test çərçivəsində mobil oyunları işə salan zaman smartfonun performans göstəriciləri nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Geekbench bençmark saytının yaradıcılarından biri olan John Poole öz Twtter hesabında bildirib ki, Xiaomi şirkəti müəyyən tətbiqlərin işə salınması zamanı smartfonlarının performanslarını aşağı salır. Həmin tətbiqlərin siyahısı isə əməliyyat sisteminin daxilinə inteqrasiya edilib. Nəticədə siyahıda olan bu və ya digər tətbiq işə düşən zaman smartfonun performansı avtomatik olaraq aşağı düşür.
Məsələn, Mi 11 smartfonundakı Geekbench tətbiqinin adı Fortnite-a dəyişdiriləndən sonra smartfonun Geekbench-in birnüvəli testində göstəriciləri 30%, çoxnüvəli testində göstəriciləri isə 15% aşağı düşüb. Eyni hadisə bençmark tətbiqinin adının Genshin Impact oyununun adı ilə əvəz edilməsindən sonra da müşahidə edilib. Güman edilir ki, Xiaomi yüksək resurs tələb edən tətbiqlərin işə salınması zamanı smartfonun performans göstəricilərini bilərəkdən aşağı salır ki, smartfon qızmasının qarşısı alınsın və batareyanın çalışma müddəti uzansın. Xiaomi daha öncə rəsmi şəkildə öz smartfonunda bu cür özəlliyin olduğu barəsində məlumat verməmişdi. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə eyni hal Samsung smartfonlarında da müşahidə edilmişdi. Nəticədə Samsung bu mənfi özəlliyi aradan qaldıran sistem yenilənməsini təqdim etdi.
Salam KontaktHomdan 18.08.2021-də Onlayn Kondisoner sifariş etdim. Sifariş etdiyim məhsula görə bəhanələr gətirərək məhsulu verməkdən imtina edirlər
19.03.2022 tarixində İrşad Electronics-in Sumqayıtda 18 mkr filialından Aiva qulaqcıqlarını aldım.Məhsulun sol qulaqcığı xətalı işlədiyinə görə 14 gün keçməmiş onu geri qaytarmaq və ya dəyişmək istədim.Mağazada dedilər ki,servisə müraciət edim.Servisə(36-cı məh.)müraciət etdim,14 iş günü ərzində məlumat veriləcəyi bildirildi.Sonra sms gəlgi…
Salam Talibli Rəmal mən 3 4 minlik alver etmişəm və kreditlərimi vermişem qardaşıma görə məne telefon vermirler ve bugünen sora ne menim nömrə msj atmayın nede narahat etməyin