Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

“Belə getsə, mal ətinin qiyməti 20-25 manata qalxacaq…“ – Şok açıqlama

“Belə getsə, mal ətinin qiyməti 20-25 manata qalxacaq...“ -  Şok açıqlama

Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, gündəlik tələbat və mövsüm məhsullarında qiymət artımı barəsində fikirlərini bölüşüb:

“Elə bir vəziyyət yaranıb ki, istehsalçının, onu əkən kəndlinin, yaxud sahibkarın məhsulunu satma imkanı yoxdur. Bəzi işbazlar məhsulu ucuz qiymətə alır, sonra da baha qiymətə satırlar. Partiya olaraq dəfələrlə bu haqda müzakirələr aparmışıq ki, nə etmək lazımdır? Nə etmək olar ki, bu vəziyyətdən çıxaq? İndi bir neçə inhisarçının əlində pomidor, xiyar və başqa digər meyvələr cəmləşib. Onlar Azərbaycan xalqına və dövlətinə qəsd edirlər.

Bəzi komitələr var, məsələn, Antiinhisar Komitəsi… Düşünürəm ki, bunun qarşısı alınmalıdır. Ötən həftə Milli Məclisdə bu məsələ müzakirə olunub. 2-3 il bundan qabaq dediklərimi indi təyin edilmiş deputatlar söyləyirlər. Amma mən belə başa düşürəm ki, bu azdır və ciddi nəzarət lazımdır”.

H. Hacıyevin sözlərinə görə, bahalaşmanın nəticəsi çox pis olacaq:

“Cənab Prezidentin özü də dedi ki, qarşıda çox ciddi ərzaq qıtlığı gözlənilir. Bəri başdan öz tədarükümüzü görməliyik. Bu, taxıl deyil ki, bunu xaricdən alaq. Əslində, taxılı əkib-becərməyə də imkanımız var.

Müəyyən işlər görülür, lakin baxın, hər rayonda nə qədər alma, xiyar, pomidor, gilas istehsal olunur? Açığı, biz də rayonlara gedirik, görürük ki, camaatın mer-meyvəsi qapısında, ya da ağacında  qalıb. Elə qiymət deyirlər ki… Alverçilər 10 qəpiyə aldıqları gilası Bakıda 2 manata satırlar.

Bu barədə ciddi düşünməyin vaxtı çatıb. Çünki məsələni başlı-başına buraxa bilmərik ki, kim neçəyə istəyir satsın. Əlbəttə, xalq arasında da böyük narazılıq yaranır. Xalqın cibindəki pul bazardakı qiymətlərə uyğun gəlmir. Bu sahədə olan inhisarçıların çoxu cinayət məsuliyyətinə cəlb edilib həbs edilməlidir”.

“Baxın, sahibkar və kəndli malını birbaşa bazara çıxara bilmir. Alverçilər bazarın ağzında bir-birini qırırlar. Gedin, səhər 6-da“Vosmoy”un bazarına baxın, görün, nə hoqqalardan çıxırlar. Bunların hamısının nəzarə alınması ilə bağlı ciddi şəkildə hər hansı bir komitə yaradılmalıdır. Bunu başlı-başına buraxsaq, bu gün bazarda kilosu 15 manata olan qoyun əti, yaxud 12 manata olan mal ətinin qiyməti sabah 20-25 manata qalxacaq. Bunun qarşısını almalıyıq”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Hazır paketdə olan malın yenidən çəkilməsi nə dərəcədə doğrudur?

13 Mart 2024
0

Больше 5 пачек сигарет не отпускают. Еогда спросил у кассиров, сказали что такая установка от руководства. Обратился на горячую линию Браво. Перезвонили и эту информацию не не подтвердили. Снова пошёл в Браво. И снова, на этот раз управляющий магазина сказал,…

14 Yanvar 2024
0

Bazarstor Yasamal park marketinizin müdürü Rəşad adında olan adam marketdə işləyən işçilərlə kobud rəftar edir, təhqir edir və aşağılıyır. Belə halların davam etməməsi üçün ölçü götürməyinizi xahiş edirəm. Araşdırılsın və belə hadisələrin qarşısı alınsın. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət…

07 Yanvar 2024
0

Salam ədv geri qayıtmadı və 1 ay sonra ləvğ olundu hansı səbəbə əsasən bu baş verir və nə etməli

30 Noyabr 2023
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT