Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

Baktelecom” tariflərdəki dəyişikliklə bağlı məlumat yayıb.

 

Manset.az-a daxil olan məlumatda deyilir:

“Xəbər verdiyimiz kimi, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Bakı Telefon Rabitəsi” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir.

Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir.

Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3-4 qat sürət tariflərinə keçirilir və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60%-dək daha az) ödəniş edirlər.

Belə ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 AZN təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 AZN-dir. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 AZN təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 AZN-dir.

Qeyd edək ki, genişzolaqlı GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.

Abunəçilərin diqqətinə bir daha çatdırırıq ki, 06.07.2022-ci il tarixində www.baktelecom.az saytı və qurumun sosial şəbəkələrdəki hesabları üzərindən sözügedən tarif dəyişikliyi ilə bağlı məlumat təqdim olunub”.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Weherin icinde merkezde yawamagimiza baxmiyaraq ne internet in keyfiyyeti var ne sureti.

17 Noyabr 2024
0

Salam insallah bir oxuyub tedbir gorersiniz internetin aylig odenisin odemisem balans bildirisi gelib mesajlar amma internet acilmir qaynar xettlerine yigiram acmirlar nede bir tedbir gormurler bu qeder inkisafin getdiyi bir zamanda bele keyfiyyetsizlik yarasmir 10il evvel gormediyin cetinliyi citynete kecenden…

14 Noyabr 2024
0

Salam men Bayramova Refiqe sizin musderi xidmetine zeng vurub qiymet qalximiynan bagli zeng vurumusam ki, mademi deyisilsin sizin isci menden 55 man pul isteyerek menten pul teleb edir bu neqeder duzgundu internetim zeyifdi prablem yasiyiram suretle bagli xahis edirem bu…

12 Oktyabr 2024
0

Mən Əzizov resul alim oğlu guba rayonu garacay kendi 4 gündü internet yohtu selnet bahan yohtu

11 Oktyabr 2024
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ