Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

İdarə etməsi Türkiyə şirkətinə verilən “Azərlotereya” ASC 2021-ci ildə 7.58 milyon manat həcmində xalis mənfəət açıqlayıb, lakin şirkətin uduşlar üzrə böyük həcmdə borcları yaranıb.

İndex.az bu barədə  dövlətə məxsus mərc şirkətinin hesabatına verilən audit rəyinə istinadən xəbər verir. Hesabatı KPMG audit şirkəti aparıb.

Rəydə qeyd edilir ki, “Azərlotereya”nın satışdan gəlirləri öncəki ildən 2.5 dəfə çox olmaqla 43.97 milyon manat olub. Satışdan gəlirlərinin artması ilə paralel olaraq onun maya dəyəri də artıb, amma gəlirlər qədər yox -2.3 dəfə. Beləliklə, satışların maya dəyəri hesabat ilində 23.1 milyon manat olduğundan onun ümumi mənfəəti 20.87 milyon manat təşkil edib.

Şirkətin 883 min manatlıq reklam xərci, 5.95 milyon manatlıq inzibati və ümumi xərc, 1.81 milyon manatlıq isə “sair” kimi təsbit edilən xərci olub.

Şirkət 505 min maliyyə gəliri olduğu halda, 48 min manatlıq həmin qəbildən xərci olub.

İl üzrə 7.58 milyon manatlıq xalis mənfəət onun balansındakı bölüşdürülməmiş mənfəəti 9.73 mln. manata yüksəldib.

Hesabatda qeyd edilir ki, şirkət səhmdarlarına 3.1 milyon manatlıq dividend ödəyib.

Şirkətin aktivlərinin həcmi 31.87 milyon manat, öhdəlikləri isə 21.67 milyon manat olub. Şirkətin vergi borclarının son bir ildə 518 min manatdan 3.8 milyon manata, uduşlar üzrə kreditor borclarının 2.84 milyon manatdan 9.25 milyon manata çatması daha çox diqqət çəkir.

Xatırlatma!

Azərbaycan Prezidentinin 16 yanvar 2021-ci il tarixli sərəncamı ilə “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

4 aydir firladirlar cixarismi vermirler hesabimida dondurublar her defe bir behane getirirler o seneti ar atiram bu seneti at atiram axirdada yazirlar ki maliye cavab vermir sebirli olun kisi olun muqavilenizde yazmisinin ki en geci 72 saata cixarisnizi ala bileceksiniz…

05 Fevral 2024
0

3 gundur uduşu ala bilmirem.şirkətin operatoruna yazıram deyir üzr isteyirik texniki xeta var sistemdə komek edı bilersiz mənə?

23 Sentyabr 2023
0

2 gundi qazandigim pulu karta kocurmirler niye ?

22 Avqust 2023
0

2 gundi uddugum pulu karta kocmir cixaris ede bilmirem ?

22 Avqust 2023
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ