Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

Restoranların YENİ FIRILDAĞI: Müştəri servis haqqı ödəməlidirmi?

Son illər insanların qarşılaşdığı problemlərdən biri də restoranlarda “servis haqqı”nın alınmasıdır.

Müştəri yeyib-içdikdən sonra hesabı ödəmək istəyəndə ona təqdim edilən qəbzdə sifariş etdiyi məhsulların qiymətinin altında “servis haqqı” məbləği də qeyd edilir. Yəni kimsə cibindəki son pul kifayət edəcək qədər yemək sifariş etsə, sonda pərt olacağı surprizlə qarşılaşacaq.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Bakıvaxtı.az-a bildirib ki, 10 gün öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi istehlakçı məmnuniyyəti deyilən bir standart qəbul olunub:
“Çox təəssüflər olsun ki, bu da yorğan altında qəbul olunan standartlardan biri olub. Belə ki, mən “Azərbaycan Standartlaşdırma İnstitutu”nun üzvü olsam da, həmin qərarın müzakirəsinə çağırılmadım. Qəbul etdikləri standartı da hələ mənə göndərməyiblər. Restoranlarda istehlakçılardan artıq pul alınması ilə bağlı bizə hər həftə ən azı 2 telefon zəngi daxil olur. “Servis haqqı” məsələsi ilə bağlı qeyd etdiklərimdən də ciddi problemlər var. Misal üçün, turistlərin çox getməsinə və Azərbaycanda insanların çayxor olmasına baxmayaraq, bulvarda kompleks çay verirlər. Əgər mürəbbələri götürməsən, çay vermirlər. Elə restoran var ki, “face control” edirlər, yəni üzünə baxıb səni buraxmırlar ki, xoşumuza gəlmir. Başqa bir restoran var ki, mütləq qadınla gəlməli olduğunu deyirlər. Belə neqativ hallar olduqca çoxdur, təəssüflər olsun ki, restoranlar üçün tərtib olunmuş heç bir qayda-qanun yoxdur”.

Onun sözlərinə görə, bu barədə İqtisadiyyat Nazirliyinə müraciət etdikdə qeyd edirlər ki, restoranların öz ərazisidir, necə istəsələr elə davrana bilərlər: “Stardartda nələr nəzərdə tutulduğunu bilmirəm, bəlkə də, tutulmayıb. Standarlar olsa idi, bəlkə bu işin öhdəsindən gələ bilərdi. “Servis haqqı” ilə bağlı bu yaxınlarda bir nəfər də mənə telefon zəngi etdi. Həmin şəxs restoranda oturub istehlak etdikdən sonra 18% “servis haqqı” istəyiblər. Deyiblər, sən muzey restorandasan, elə belə restoranda deyilsən. Adam istehlak etdikdən sonra başa düşüb ki, muzey restoranda imiş, 18% zorla pul alıblar. “Çay pulu” və yaxud ofisianta verilən pul bir çox dünya ölkələrində var. Onu da bilək ki, dünyanın hər yerində istehlakçıya yaxşı xidmət göstərsən, istehlakçı mütləq ona artıq pul verir. İstehlakçı psixologiyası bu cürdür. Lakin zorla, istehlakçının xəbəri olmadan, əvvəlcədən deyilmədən “servis haqqı” alınması istehlakçı hüququnun pozulmasıdır”.

E.Hüseynov vurğulayıb ki, bu hal Azərbaycanda turizmin inkişafına böyük zərbədir: “Qanun qadağa eləmir, lakin mütləq istehlakçı öncədən bilməlidir ki, nə qədər “servis haqqı” verəcək. Bu, ya menyuda, ya masanın üzərində bir kağızda yazılmalı, ya da ofisiant istehlakçıya öncədən deməlidir. Düzdür, buna bənzər əcayib şeylər başqa ölkələrdə də var. Məsələn, Kanadada 20%-ə qədər “çay pulu” verməlisən. Argentinada da görmüşəm ki, oteldən çıxanda 120 manat artıq pul alıblar. Tələb etmə səbəbləri isə müştərinin oteldə olan içkilərə əlini uzatmasıdır. İçkilərə əl uzadanda fotodiod qeydiyyata alır ki, bura əl uzanıb. İçkinin içib içilmədiyinə heç baxan yoxdur. Digər bir misal, Amerikada istehlakçı restorana girəndə ödəniş kartını alıb saxlayır, pula müdaxilə etməmək şərtilə bəzi parametrləri götürürlər. Sonda problem olarsa, istehlakçıdan orda da “servis haqqı” alınır. Murdar kapitalizmin pis cəhədləri ölkəmizə gəlir və ölkəmizdə pul qazanmaq naminə insanların bir-birinə, turistlərə etibarı, hörməti, ənənələri it bata düşür. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi bunun öhdəsindən gəlməli, Nazirlər Kabineti restoran və marketlər üçün qaydalar tədbiq etməli, bu məsələlərə son qoyulmalıdır”.

Aytac Aslan

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam.shefburger kartof fri cheeseburger ickiler sifariş verdik. Bulkalari cok köhne və içində toyuq etinden bashqa hec bir şey yox . Kartofbele soyuq və iyrənc. Gəncə mall da


Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 3

Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 29

Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 41

29 Avqust 2022
0

21. 08.2022 tarixində Lerik Rayonu ərazisində yerləşən Relax İstirahət Mərkəzi ərazisinə daxil olmaq istərkən heç bir xidmət göstərilmədiyi halda ödəniş tələb edildi. (adam başı 5 azn) Səbəbini soruşduqda restoranların yerləşdiyi ərazidə gəzilməli görülməli yerlər olduğu üçün tələb edildiyi söyləndi. İlk…


Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 3

Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 29

Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 41

21 Avqust 2022
0

10-11 iyul turla getdiyim Nabran Atlant Otelin giriş qapısında qeydiyyatda duran şəxslər şəxsimə böyük kobudluq etmişdir. İçəridə qeydiyyatçının səhv yönləndirməsi səbəbindən tur rəhbərimiz içəri keçmiş və mən rəfiqəmlə qalmışdım, qapıdakı biri yaşlı biri cavan adam isə “keçin görüm bu tərəfə”…


Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 3

Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 29

Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 41

12 İyul 2022
0

Men bu gun statistika dairesinin yaxinliginda olan KFC restaranina getdim ve narazi qaldim.Menyu sifarish verdim ve sifarishden sonra ishcilerin qeyri pesekar oldugu uze cixdi.Mushterinin yaninda dalashdilar ki,sifarishi duzgun almamisiz.Bir muddet sonra nehayet ki,sifarishimiz hazir oldu.Men yemeye bashladim sonra sifarishin qalan…


Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 3

Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 29

Warning: Invalid argument supplied for foreach() in /home/u820416550/domains/sikayetimvar.az/public_html/wp-content/plugins/insert-php/includes/shortcodes/shortcode-universal.php(53) : eval()'d code on line 41

22 Yanvar 2022
0

Daha çox şikayət görmək üçün daxil ol

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ

1657282117_62c81d5d99b3762c81d5d99b38165728188562c81d5d99b3562c81d5d99b36

MİDA-dan ev alanların nəzərinə! – Nəticələr ləğv edildi, həbs edilənlər var

0825c029-832f-4afd-b437-f8b6f9fa3726

“Atatürk” parkında içdiyi çayın qiyməti müştəriyə ŞOK yaşatdı – FOTO

socar11

SOCAR-ın 21 milyarddan çox borcu var

1657088416_1055328

Tanınmış mağazadan tortun içindən milçək çıxdığı iddiası

6771935

“Bolt” sürücüsü qəpikləri müştərinin üzünə çırpdı – VİDEO

1657026496_kontakt-home (1)

Kontakt Home niyə şikayətlərə baxmır? – “Şirkət “pulunu ver, itil cəhənnəmə” prinsipi ilə işləyir”- Eyyub Hüseynov