Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

Ötən gün Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıb.

Onlar avtobus nəqliyyat vasitəsinə zəruri olan dizel yanacağının, sürtgü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiymətlərinin bahalaşmasından, gediş haqqının aşağı olmasından şikayətləniblər. Şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5 faizini “BakıKart”a ödədiklərini qeyd ediblər.

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı Qubad İbadoğlu şirkətlərin şikayətlərinin haqlı olduğunu deyib:

““Həyati vacib sərnişindaşıma sahəsi” üçün ayrılmış 280 milyon manat vəsitin 86 milyon 900 min manatı “Azərbaycan Hava Yolları” QSC-yə, 15,5 milyon manatı Milli Aviasiya Akademiyasına köçürülüb. Şirkətlər hər sərnişinin gediş haqqının “BakıKart”a 5 faizin ödənilməsinə etirazlarında da haqlıdır, çünki 5 faiz çox yüksək xidmət haqqıdır”.

Ekspertin sözlərinə görə, güman ki, ictimai nəqliyyatda gediş haqqı qaldırılacaq: “Hazırda hökümətdə müzakirə olunan yeni variantlar 1 gedişin 40 və ya 50 qəpiyə çatdırılmasıdır”.

İqtisadçı-ekspert Nazim Bəydəmirli isə bildirib ki, şirkətlərin müraciətində diqqət çəkən məsələ pandemiya dövründə dövlət büdcəsindən ayrılan yardımın onlara verilməməsidir:

“İkinci diqqət çəkən məsələ şirkətlərin hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödəmələridir. Bu, kifayət qədər böyük faizdir. Ümumiyyətlə, dövlət özəl sektora icazə verilmiş sahələrdə iqtisadi fəaliyyətlə məşğul olmamalıdır. Şəffaf idarəçilik olmayan yerdə korrupsiya sxemləri işləyir və məmur sahibkarlığı inkişaf edir. Yəni vətəndaşın soyulması hesabına ayaqda qalmağa ümid edirlər”.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam. 20 yanvar dairəsində Azərsuyun qarşısında 3 saniyə dayanaraq maşından enmədən dostumu yoldan götürərkən cərimə edilmişəm. Xahiş edirəm cərimənin ləğv ediləsinə köməklik edəsimiz.

12 Noyabr 2024
0

Salam menim iṣ yerim Heyder Eliyev prospektindedi bura da heç bir marṣurut iṣlemir z.o mene yol gösterin nece gede bilerem iṣe?xarici millete ṣerait yaradirsiz bizleri niye çixilmaz veziyyete qoyursuz? Qanadimiz var ? Uçub gelmeliyik iṣe????

11 Noyabr 2024
0

Salam binanın qabaqinda dəyandiqi yerdə texniki baxişa qörə cərimə yazılıb avto mobil nasaz ola ola.bu nəqədər düzqundu

04 Noyabr 2024
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ