Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon insanı keçib

Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon insanı keçib

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz tarixində əhəmiyyətli bir nailiyyəti əldə edib. Belə ki, onun smartfonlarının aktiv istifadəçi sayı 500 milyon insanı keçib. Bununla da Xiaomi dünya liderləri olan Apple ilə Samsung şirkətlərinin sahib olduqları eyni səviyyəyə yüksəlib. Son illərdə Xiaomi büdcəli smartfonların regional istehsalçısından premium smartfonlar bazarında ciddi mövqelərə sahib qlobal şirkətə çevrilib. Regional bazarlarda çox yaxşı tanınmasına baxmayaraq Xiaomi brendinin qlobal səviyyədə də tanınmasına COVID-19 pandemiyası vasitəçi oldu. Şirkət öz mövqelərini əsasən Hindistan bazarında gücləndirdi. Belə ki, bu ilin birinci rübünə əsasən Xiaomi Hindistanda ən böyük smartfon istehsalçısı statusunu qazanıb. Hindistan və Çindən başqa digər bazarlarda isə şirkət üçüncü yerdə qərarlaşır.

Şirkət gəlirlərinin əsas hissəsini internet servislər və ilk növbədə reklam təşkil edir. Belə ki, şirkətin 2021-ci ildə sözügedən sahələrdən ümumi gəliri 4.16 milyard dollar təşkil edib. Bununla belə digər regional bazarlardan fərqli olaraq Çin bazarında servislərdən əldə olunan gəlir daha yüksəkdir. Xiaomi-nin verdiyi məlumata əsasən internet servislərdən əldə olunan gəlirin 80%-i məhz Çin bazarının payına düşür. Xiaomi-nin Çindən kənarda servislər bazarında Google kimi nəhənglər ilə rəqabət apara bilib-bilməyəcəyini söyləmək çətindir. Nəzəri cəhətdən böyük istifadəçi kütləsi sözügedən brendin gələcək inkişafına vasitəçi olmalıdır. Şirkət isə bunun hesabına öz smartfonlardakı trafikin monetizasiyası üzrə daha çox imkanlara sahibdir.

 Rekord göstəricilər həmçinin ona digər seqmentə aid olan məhsulları daha effektiv satmağa şərait yaradırlar. Buna misal olaraq naqilsiz qulaqlıqları, smart saatları və IoT (Internet of Things) məhsulları gətirmək olar. Şirkət artıq indidən inkişaf etdirilmiş IoT ekosisteminə və həmin ekosistemə qoşulu olan məhsullara sahibdir. Həmin məhsullar arasında robot tozsoranlardan tutmuş naqilsiz qulaqlıqlara kimi olan məhsullar mövcuddur. Lakin şirkət öz məşhurluğundan maksimal dərəcədə istifadə edə bilmir. Məsələn Hindistanda böyük istehsalçı statusunu qazanmış Xiaomi həmin bazarda smart saatlar ilə qulaqlıqların satışları üzrə reytinqin heç ilk beşliyinə də daxil deyil. Heç istisna deyil ki, Hindistan kimi bazarlar üçün şirkət satış qiymətləri və məhsulların yenilənmələri də daxil olmaqla əsas strategiyasında dəyişikliklər etməli olacaq.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

salam men Xelilzade Ceyhun Firuz Oglu 27.10.22ci il tarixinde samsung qalaksi a23 smartfon telefon goturdum telefon apardigim gunden telefon marahat isledi isinmeler donmalar oldu 1 gun icersinde telefonu qaytardim telefonu servise yoladilar usdunen 2 3 gun kecmisdi mene servisden zeng…

1 gün əvvəl
0

14 Avqust 2022 ci il tarixinde Gence şeherinde yerlesen irsad magazasindan kreditle qizil zemanetle Samsung A525 markali telefon aldim aldigimnan cihazda nasazliq askar etmisdim (nasazlik ondan ibaretdir ki, cihazin qulaqcigindan gelen ses zeyif ve uzaqdan gelirdi,herden ekran gec reaksiya verirdi…

22 Noyabr 2022
0

Salam, hər vaxtınız xeyir olsun. Kontakt Home-İnşaatçılar metrosu yaxınlığındakı mağazadan telefon aldım kreditə. Ödənişim İyul ayında bitib. Sonra buna oxşar halları eşidiyim üçün Avqust,Sentyabr və Noyabr aylarında müqavilə nömrəmi yazıb, online yoxlamışam ki, borcum qalarsa ödənişimi edim amma hər dəfəsində…

15 Noyabr 2022
0

Daha çox şikayət görmək üçün daxil ol

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ

1657282117_62c81d5d99b3762c81d5d99b38165728188562c81d5d99b3562c81d5d99b36

MİDA-dan ev alanların nəzərinə! – Nəticələr ləğv edildi, həbs edilənlər var

0825c029-832f-4afd-b437-f8b6f9fa3726

“Atatürk” parkında içdiyi çayın qiyməti müştəriyə ŞOK yaşatdı – FOTO