Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon insanı keçib

Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon insanı keçib

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz tarixində əhəmiyyətli bir nailiyyəti əldə edib. Belə ki, onun smartfonlarının aktiv istifadəçi sayı 500 milyon insanı keçib. Bununla da Xiaomi dünya liderləri olan Apple ilə Samsung şirkətlərinin sahib olduqları eyni səviyyəyə yüksəlib. Son illərdə Xiaomi büdcəli smartfonların regional istehsalçısından premium smartfonlar bazarında ciddi mövqelərə sahib qlobal şirkətə çevrilib. Regional bazarlarda çox yaxşı tanınmasına baxmayaraq Xiaomi brendinin qlobal səviyyədə də tanınmasına COVID-19 pandemiyası vasitəçi oldu. Şirkət öz mövqelərini əsasən Hindistan bazarında gücləndirdi. Belə ki, bu ilin birinci rübünə əsasən Xiaomi Hindistanda ən böyük smartfon istehsalçısı statusunu qazanıb. Hindistan və Çindən başqa digər bazarlarda isə şirkət üçüncü yerdə qərarlaşır.

Şirkət gəlirlərinin əsas hissəsini internet servislər və ilk növbədə reklam təşkil edir. Belə ki, şirkətin 2021-ci ildə sözügedən sahələrdən ümumi gəliri 4.16 milyard dollar təşkil edib. Bununla belə digər regional bazarlardan fərqli olaraq Çin bazarında servislərdən əldə olunan gəlir daha yüksəkdir. Xiaomi-nin verdiyi məlumata əsasən internet servislərdən əldə olunan gəlirin 80%-i məhz Çin bazarının payına düşür. Xiaomi-nin Çindən kənarda servislər bazarında Google kimi nəhənglər ilə rəqabət apara bilib-bilməyəcəyini söyləmək çətindir. Nəzəri cəhətdən böyük istifadəçi kütləsi sözügedən brendin gələcək inkişafına vasitəçi olmalıdır. Şirkət isə bunun hesabına öz smartfonlardakı trafikin monetizasiyası üzrə daha çox imkanlara sahibdir.

 Rekord göstəricilər həmçinin ona digər seqmentə aid olan məhsulları daha effektiv satmağa şərait yaradırlar. Buna misal olaraq naqilsiz qulaqlıqları, smart saatları və IoT (Internet of Things) məhsulları gətirmək olar. Şirkət artıq indidən inkişaf etdirilmiş IoT ekosisteminə və həmin ekosistemə qoşulu olan məhsullara sahibdir. Həmin məhsullar arasında robot tozsoranlardan tutmuş naqilsiz qulaqlıqlara kimi olan məhsullar mövcuddur. Lakin şirkət öz məşhurluğundan maksimal dərəcədə istifadə edə bilmir. Məsələn Hindistanda böyük istehsalçı statusunu qazanmış Xiaomi həmin bazarda smart saatlar ilə qulaqlıqların satışları üzrə reytinqin heç ilk beşliyinə də daxil deyil. Heç istisna deyil ki, Hindistan kimi bazarlar üçün şirkət satış qiymətləri və məhsulların yenilənmələri də daxil olmaqla əsas strategiyasında dəyişikliklər etməli olacaq.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Mən keçən il yanvar ayında telefon götürmüşəm düzdü arada gecikmələrim olub ödəmişəm və axırıncı ay. İki ayın gecikməsi olmuşdu. Borcunu hesab azdan baxdım 80 manat borcum var idi. Gecikdirdiyimə görə. 9 manat faiz gəlib mən. Həmin borcu ödədim 89.15 manat…

18 Fevral 2024
0

Salam.Menim sikayetim bu deleduzluqla mesgul olan İrshad electronicsle baglidir. Teze qurasdirilan qabyuyan islemir.Amma baxmirlar telefonlara vavab vermirler

10 Fevral 2024
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT