Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

2 manat borca görə də qaz kəsilə bilər- “Azəriqaz” xəbərdarlıq etdi

2 manat borca görə də qaz kəsilə bilər- “Azəriqaz” xəbərdarlıq etdi

“Son dörd ay ərzində “104” qaynar xəttinə 418 602 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 424 müraciət azdır”. 

Bu sözləri “Azəriqaz” İB-nin “104” Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək bu gün “Facebook”da canlı yayımda deyib. O bildirib ki, müraciətlərin 30 518-i qaz təzyiqi ilə bağlı olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40 922 müraciət azdır: 

“Qaz sızmaları il bağlı 19 639 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2531 müraciət azdır. Qaz sayğacları ilə bağlı daxil olan müraciətlərin sayı isə 162 685 olub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 476 müraciət çoxdur. “Qaz yoxdur” deyə daxil olan müraciətlərin sayı isə 21 744 olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5707 müraciət azdır. “Qaz yoxdur” müraciətlərinin 10 252-si qaz sərfiyyatına görə borcunu ödəməyən abonentlərdir ki, onların qaz təchizatı dayandırılıb. Həmin abonentlərin borcu cari ilin yanvar ayından yığılıb və aybaay sərfiyyata müvafiq olaraq ödəniş həyata keçirilməyib. Bu abonentlər bunu bilə-bilə “qaz yoxdur” kimi müraciətlər ediblər”.

Göründüyü kimi “qaz yoxdur” tipli müraciətlərin yarısı məhz borcla bağlı olub. 

Ümumiyyətlə, nə qədər borc olduqda qaz kəsilir? 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Cebhe.info-ya bildirdi ki, burada məbləğdən söhbət getmir:

“Hər ayın tamamında abonentə bildiriş verilir. Əgər 1 ay müddətində həmin bildirişdə göstərilən məbləği abonent ödəmirsə, növbəti bildiriş göndərilir. Həmin bildirişdə yazılır: “Hörmətli abonent, sizin filan qədər borcunuz, bu borcun ödənilməsi üçün 30 gün müddətiniz var. Əks təqdirdə sizə verilən təbii qazın verilişi dayandırılacaq”. O bildirişdə də göstərilir, eyni zamanda borcu olanda da təkrar ikinci dəfə göndərilir və bəzi hallarda vətəndaşa möhlət verilir. Həmin müddətdə ödənilmədiyində abonentin qazı qanunamüvafiq şəkildə kəsilir. Abonentin borcu 2 manat, yaxud 100 manat da ola bilər. Həmin 30 gün müddətində abonent o borcu ödəməyə borcludur. O ödənilməsə, Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən biz abonentin qazını dayandıra bilirik”. 

Nigar Abdullayeva
Cebhe.info

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam, xahış edirəm diqqətlə baxasız, maşını saxladığım yer heç bir mövqeyidən gəlib gedən maşınlara mane olmur, və sola gedən yol bağlanıb. Ona görə zəhmət olmasa cəriməni ləğv edin

    4 gün əvvəl
    0

    Mənim 10FZ077 dövlət qeydiyyat Nişanlı avtomobilim AYN0219242 protokolu ilə cərimə ediilmişdir.Halbuki mən park ödənişini tam ödəmişəm.Xaiş ediirəm cəriməni ləgv edəsiniz. Ödəniş qəbzi əlavə olunur.

      Quliyev Rizvan

      Salam. Şikayətim sırf 7 sayı Asan xidmətlə əlaqəli deyil yəqin ki xidmət bütün asan xidmətlərdə eynidirsə hamısına şamil olunur. Viza üçün iş yerindən arayış üçün portaldan sənədi çıxarıb asan xidmətə tərcümə üçün yaxınlaşdığımda qarşılaşdığım mənzərə heç də ürək açan olmadı….

      18 Mart 2024
      0

      Mənə yazılan EQ19958939 protokol nömrəsini əsassız hesab edirəm düzgün yazılmayıb bu nəyə görə yazılıb avtobus zolağıdırsa onda avtobus səkidə gedir

        15 Mart 2024
        0

        Daha çox şikayət görmək üçün daxil ol

        kolbasa1677517805

        Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

        1661243893_46

        Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

        328685869_6267237373307259_8944740975891313284_n

        Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

        referfrefref

        “Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

        1668174836_14

        “Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

        1664264900_1664264242_pp

        Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

        4683437

        Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

        baktelekom1660161428

        SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

        6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

        Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

        azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

        “Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT