2 manat borca görə də qaz kəsilə bilər- “Azəriqaz” xəbərdarlıq etdi
May 27, 2022
“Son dörd ay ərzində “104” qaynar xəttinə 418 602 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 424 müraciət azdır”.
Bu sözləri “Azəriqaz” İB-nin “104” Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək bu gün “Facebook”da canlı yayımda deyib. O bildirib ki, müraciətlərin 30 518-i qaz təzyiqi ilə bağlı olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40 922 müraciət azdır:
“Qaz sızmaları il bağlı 19 639 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2531 müraciət azdır. Qaz sayğacları ilə bağlı daxil olan müraciətlərin sayı isə 162 685 olub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 476 müraciət çoxdur. “Qaz yoxdur” deyə daxil olan müraciətlərin sayı isə 21 744 olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5707 müraciət azdır. “Qaz yoxdur” müraciətlərinin 10 252-si qaz sərfiyyatına görə borcunu ödəməyən abonentlərdir ki, onların qaz təchizatı dayandırılıb. Həmin abonentlərin borcu cari ilin yanvar ayından yığılıb və aybaay sərfiyyata müvafiq olaraq ödəniş həyata keçirilməyib. Bu abonentlər bunu bilə-bilə “qaz yoxdur” kimi müraciətlər ediblər”.
Göründüyü kimi “qaz yoxdur” tipli müraciətlərin yarısı məhz borcla bağlı olub.
Ümumiyyətlə, nə qədər borc olduqda qaz kəsilir?
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Cebhe.info-ya bildirdi ki, burada məbləğdən söhbət getmir:
“Hər ayın tamamında abonentə bildiriş verilir. Əgər 1 ay müddətində həmin bildirişdə göstərilən məbləği abonent ödəmirsə, növbəti bildiriş göndərilir. Həmin bildirişdə yazılır: “Hörmətli abonent, sizin filan qədər borcunuz, bu borcun ödənilməsi üçün 30 gün müddətiniz var. Əks təqdirdə sizə verilən təbii qazın verilişi dayandırılacaq”. O bildirişdə də göstərilir, eyni zamanda borcu olanda da təkrar ikinci dəfə göndərilir və bəzi hallarda vətəndaşa möhlət verilir. Həmin müddətdə ödənilmədiyində abonentin qazı qanunamüvafiq şəkildə kəsilir. Abonentin borcu 2 manat, yaxud 100 manat da ola bilər. Həmin 30 gün müddətində abonent o borcu ödəməyə borcludur. O ödənilməsə, Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən biz abonentin qazını dayandıra bilirik”.
Salam.Mən maşını saxladığım yerde dayanma durma qadağandır deyə bir yol hərəkəti nişanı yoxdur.Maşını saxladığım yerdən 5-6 metr qabaqda mövcuddur.Nəyə görə avtomobilimi dayanma durma qadağan olunan yerdə saxlamağıma baxmayaraq Bna kamerası tərəfinnən çəkiliş edilib.
Salam Zabrat 1 qəsəbəsi Şassi mağazası ilə üzbəüz olan dayanacaqda səhər saatlarında 172 və 163 saylı avtobuslar dayanmadan keçir gedir. Və qeyd edim ki içi dolu da olmur. Bu nə dərəcədə düzgündür? Zəhmət olmazsa buna bir çarə qılın axı kameralarında…