Yerlərdə məmur özbaşınalığı bitmir. Yaşadığımız məhəllədə aylardır yenidənqurma işləri aparılır və deyilib ki, cənab prezident bağçanın açılışına gələcək. 63 saylı MİS hədələyir ki, hər ay pul ödəməlisiniz görülən təmirlə bağlı. Bütün evlərə bildiriş verilib ki, cərimə olunacaqsınız. Ancaq blokun içərisində bəzi mənzillərin sakinlərindən pul alıb blokun içərisində, çölündə su çəni, anbarlar yaradılmasına göz yumur. İrad bildirdiyim zaman MİS-in nümayəndəsi və rəis təhqir edərək, "alçaqlar, dövlətin büdcəsini yeyən haramzadalar, sizə görə təmir edirik, pulu ödəyin də"-deyərək, gedirlər. Hansısa məmur hansı səlahiyyətlə təhqir və təhdid edib, qanunsuz pul tələb edə bilər?!