Salam,mover.az populyar olduğu üçün və imicini qoruyan şirkət kimi düşündüyümə görə onların saytından qeydiyyatdan keçərək Türkiyədə aldığım ayaqqabımı bu şirkət vasitəsi ilə çatdırmaq istədim.Onu nəzərə çatdırım ki sifariş forması elə qurulub ki xidmət paketi seçimi standart olaraq "Premium" göstərilir və siz onu dəyişməsəniz UX dizayn elə qurulub ki siz seçim imkanı barədə məlumatı çox çətinliklə tapacaqsınız, belə düşünülübsə tülkülük və xiyləgərlik düşünülməyibsə peşəkarsızlıq kimi dəyərləndirmək olar.Premium paket çərçivəsində bir ayaqqabı cütünə 14$ öncədən ödəniş etdim.
Paketə daxil olan şərtlərə əsasən anbarda qalma müddəti 0 dəqiqə kimi göstərilib, amma anbardan bağlamanın göndərilməsini mən əlavə olaraq təsdiq etməliyəm və bundan sonra göndərilir (məntiqsiz).
Anbarda gözləmə müddəti 0 dəqiqə göstərilir halbuki elə deyil, şəxsi təmsilçi haqda məlumat təqdim edilir amma heç bir şəxsi təmsilçi nə əlaqə saxlayır nə də heç maraqlanmır, 2 gündür bağlama çatıb Bakıya, kuryer qapıma çatdırmalı olduğu bağlamanı çatdırmaq fikirləri yoxdur, məni gözləyirlər.Deməli "premium" paket xidmət səviyyəsinə və digər amillərə görə "basic" -dən seçilmədiyi təqdirdə məndən və sizlərdən 2 dəfə artıq pul alırlar.Mən hələ qeyri peşəkar operatorları və müştəri xidmətlərində əyləşən əməkdaşlar barədə danışmıram.Ümid edirəm ki bu kimi hallarla heç kim qarşılaşmayacaq və öz neqativ təcrübəsini şirkətlə paylaşacaqlar.Diqqətinizə görə təşəkkür edirəm.