Hesabda 24+ azn balans var, su sayğacı işləmir. Zəng edirəm Azersu qaynar xəttə, zəng gedir telefonu açan yoxdur. Pulunu ödəyirəm sudan istifadə edə bilmirəm. Zəng edirəm kömək etsinlər cavab verən yoxdur. Bu soyuqda kombi işlədə bilmirəm, isti soyuq sudan istifadə edə bilmirəm. Səhəri gözləmək məcburiyyətində saxlayırlar ki zəng edim götürsünlər və bəlkə komək etsinlər. Onda bu qaynar xətt nə üçün var? Problem gecə çıxa bilməz? Çıxanda vətəndaş niyə səhəri gözləməlidir? Həm suyun qiymətini qaldırır həm də xidmət göstərə bilməyib susuz qoymağa haqqınız yoxdur vətəndaşı.