346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə –
iyirmi manat məbləğində cərimə edilir.
346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə –
qırx manat məbləğində cərimə edilir.
346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə –
yüz manat məbləğində cərimə edilir.
Qeyd: Şəxs bu Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz. [244]
Maddə 346-1. Parklanma qaydalarının pozulması [245]
346-1.1. Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə –
on manat məbləğində cərimə edilir.
346-1.2. Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə –
on manat məbləğində cərimə edilir.
346-1.3. Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə – [246]
on manat məbləğində cərimə edilir.
346-1.4. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə –
on manat məbləğində cərimə edilir.
346-1.5. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə –
iyirmi manat məbləğində cərimə edilir.