Qətiyyən bu şirkətlə iş görməyin və hamıya da pisləyin. Mən çox narazıyam bu şirkətdən, əgər şirkət demək mümkündürsə. Mən sifarişimi düz 60 gün əvvəl vermişdim, yəni 30.10.2020 amma o vaxtdan bəri 25 gün anbarda qaldı sora birtəhər bakıya çatdırdılar amma ayın 7-sindən bəri guya çeşidlənir. 23 gün çeşidlənməkdən söz gedə bilər sizcə? sanki uşaq başı aldadırlar. Bu şirkətin tezliklə müştəri tapılmayacağına görə bağlanacağından əminəm. Məsələnin vahimətini anlamaq üçün instagramdakı postlarının altına yazılan minlərlə şərhə ötəri göz gəzdirməyiniz kifayətdir. Sifarişimə də 50 manat pul xərcləmişdim az olan tələbə təqaüdümdən ayıraraq, buna da şükür məndən çox da ağır xərclərə düşənlər də oldular. Artıq ümidim yoxdur ki sağ-salamat gətirərlər sifarişimi... Eybi yox hər şeyin bir hesabı var. Burada olmasa da axirətdə, 2 əlim yaxalarında olacaq.