Salam. Bayramınız mübarək!
Şikayətim Bakcell şirkətindəndi. Xronoloji arıdıcıllıqla neçə illər gedən soyuq müharibəmizi sizə bildirmək istərdim:
2016-cı il yeni köçdüyüm Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində Bakcell-in şəbəkə zəifliyinə görə 555 Müştəri xidmətlərinə müraciət etdim. 50-dən çox ailənin yaşadığı məhəllədə heç bir şəbəkə tutmamağına görə qonşuların da imzası olan ərizə yazmağı məsləhət bildilər. Yazdım və həmin il ərzində ərizəyə cavab gəlmədi.
2017-ci il yenə də eyni çətinliyə görə 555-ə zəng edib müraciət sorğuları açdırsam da heç bir xəbərdarlıq edilmədən guya düzəlib adıyla sorğular bağlandı. Hər bağlandıqca yenə sorğular açdırdım. Əlavə olaraq 555 email ünvanına yazdım. Bu il ərzində də sorğular nəticəsiz, 555 email ünvanına müraciət də, 2016-da yazdığım ərizə kimi cavabsız qaldı.
2018-ci ildə yenə 555 Müştəri xidmətlərinə sorğularım məndən xəbərsiz bağlandıqca, mən yenidən açdırdım. 555 email ünvanına 2017-ci il yazdığım emailin üstündən yazaraq xatırlatma etdim. Və şablon olaraq qısa müddətdə cavab gələcək deyildi. Amma o cavab hələ indiyədək gəlməyib. Həmin ildə həmçinin yenidən ərizə yazdım. Bu dəfə 2016 -cı ildə ərizəyə baxılmamağa görə şikayət ərizəsi. Şikayət ərizəsini 2018 yayında yazdım və guya 30 gün ərzində şikayət ərizəsinə cavab gəlir. Amma gəlmədi və mən özüm noyabr ayında müştəri xidmətlərinə getdim. Mənə məktub verdilər.Məktubda növbəti il büdcə planalmasında yaşadığım ərazidə şəbəkə gücləndirici avadanlığın quraşdırılması nəzərə alınsın qeyd olunmuşdu, xarici şəxsin də möhür və imzası da var idi.
2019-cu il heç bir dəyişiklik olmadığını görüb elə bu qrupda başıma gələnləri bildirdim. Səhəri gün ad və soyadımla nömrəmi taparaq Bakcell-dən zəng edib postu silməyi xahiş etmişdilər. Həm də bildirdilər ki, 2019- cu il sonuna kimi bu məsələ həll olunacaq. Ərizəyə cavabda da bu göstəriş var dedilər. Postu sildim. Elə sevinmişdim ki, kimsə bu qrupda deyəndəki burda yazılan şikayətləri xeyiri olur? Mən də sevinə-sevinə bildirirdim ki, şikayət etmişdim, Bakcell zəng etdi dedi ki, il ərzində düzəldəcəyik.
İl 2020 oldu, Bakcell vədinə əməl edə bilmədi. Bu illər ərzində Rabitə Nazirliyin və digər yerlərə müraciətim də nəticəsiz qalmışdı. 10 ildən artıq işlətdiyim Bakcell nömrəsini digər operatora keçirmək və ya dəyişmək fikrim də yoxdu. Çünki ətrafımda və tanışlarda əksəriyyəti məcburiyyətdən də olsa Bakcell işlədir. Artıq yaşadığım ərazidə 50 yox, 70-dən çox ailə yaşayır. Bakıda qala-qala mən bir şəxsi zəng edib təbrik edə bilmirəmsə, təcili vəziyyətdə təcili yardım çağıra bilmirəmsə bu Bakcell niyə faəliyyə göstərir? Ancaq metro və şəhər mərkəzinə yaxın yerlər üçündüki bu?! Bu məsələ həll olunanadək axıracan gedəcəm .
Təşəkkürlər bura qədər oxuduğunuza görə.