Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu

Şikayətci:Azer Musalı

Şikayət sebebi:

X0xhPrRbpDQ4DiePvviQuDQnl61tU72wTtfRpUgs.svg

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət XidmətiHüquqlarımızı tələb edək

ÜNVAN
Bakı şəhəri, Səbail rayonu,
Üzeyir Hacıbəyov küçəsi, 84 Hökumət Evi, 7-ci qapı

TELEFON
(+99412) 5997600
(+99412) 5997682/83

FAKS
(+99412) 4972408

E_MAIL
[email protected]

VEB-SAYT
https://www.competition.gov.az

INDEKS
AZ1000

Bakcell -məsələ həll olunanadək axıracan gedəcəm

Salam. Bayramınız mübarək!Şikayətim Bakcell şirkətindəndi. Xronoloji arıdıcıllıqla neçə illər gedən soyuq müharibəmizi sizə bildirmək istərdim:  2016-cı il yeni köçdüyüm Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində Bakcell-in şəbəkə zəifliyinə görə 555 Müştəri xidmətlərinə müraciət etdim. 50-dən çox ailənin yaşadığı məhəllədə heç bir şəbəkə tutmamağına görə qonşuların da imzası olan ərizə yazmağı məsləhət bildilər. Yazdım və həmin il ərzində ərizəyə cavab gəlmədi.2017-ci il yenə də eyni çətinliyə görə 555-ə zəng edib müraciət sorğuları açdırsam da heç bir xəbərdarlıq edilmədən guya düzəlib adıyla sorğular bağlandı. Hər bağlandıqca yenə sorğular açdırdım. Əlavə olaraq 555 email ünvanına yazdım. Bu il ərzində də sorğular nəticəsiz, 555 email ünvanına müraciət də, 2016-da yazdığım ərizə kimi cavabsız qaldı.2018-ci ildə yenə 555 Müştəri xidmətlərinə sorğularım məndən xəbərsiz bağlandıqca, mən yenidən açdırdım. 555 email ünvanına 2017-ci il yazdığım emailin üstündən yazaraq xatırlatma etdim. Və şablon olaraq qısa müddətdə cavab gələcək deyildi. Amma o cavab hələ indiyədək gəlməyib. Həmin ildə həmçinin yenidən ərizə yazdım. Bu dəfə 2016 -cı ildə ərizəyə baxılmamağa görə şikayət ərizəsi. Şikayət ərizəsini 2018 yayında yazdım və guya 30 gün ərzində şikayət ərizəsinə cavab gəlir. Amma gəlmədi və mən özüm noyabr ayında müştəri xidmətlərinə getdim. Mənə məktub verdilər.Məktubda növbəti il büdcə planalmasında yaşadığım ərazidə şəbəkə gücləndirici avadanlığın quraşdırılması nəzərə alınsın qeyd olunmuşdu, xarici şəxsin də möhür və imzası da var idi.2019-cu il heç bir dəyişiklik olmadığını görüb elə bu qrupda başıma gələnləri bildirdim. Səhəri gün ad və soyadımla nömrəmi taparaq Bakcell-dən zəng edib postu silməyi xahiş etmişdilər. Həm də bildirdilər ki, 2019- cu il sonuna kimi bu məsələ həll olunacaq. Ərizəyə cavabda da bu göstəriş var dedilər. Postu sildim. Elə sevinmişdim ki, kimsə bu qrupda deyəndəki burda yazılan şikayətləri xeyiri olur? Mən də sevinə-sevinə bildirirdim ki, şikayət etmişdim, Bakcell zəng etdi dedi ki, il ərzində düzəldəcəyik.İl 2020 oldu, Bakcell vədinə əməl edə bilmədi. Bu illər ərzində Rabitə Nazirliyin və digər yerlərə müraciətim də nəticəsiz qalmışdı. 10 ildən artıq işlətdiyim Bakcell nömrəsini digər operatora keçirmək və ya dəyişmək fikrim də yoxdu. Çünki ətrafımda və tanışlarda əksəriyyəti məcburiyyətdən də olsa Bakcell işlədir. Artıq yaşadığım ərazidə 50 yox, 70-dən çox ailə yaşayır. Bakıda qala-qala mən bir şəxsi zəng edib təbrik edə bilmirəmsə, təcili vəziyyətdə təcili yardım çağıra bilmirəmsə bu Bakcell niyə faəliyyə göstərir? Ancaq metro və şəhər mərkəzinə yaxın yerlər üçündüki bu?! Bu məsələ həll olunanadək axıracan gedəcəm . Təşəkkürlər bura qədər oxuduğunuza görə.

DİQQƏT DİQQƏT !!!!

Qumar, mərc, kazi̇no saytı və ya qumar mobi̇l programlari və ya buna bənzər whatsapp , teleqram qrup və ya kanallardan uzaq olun !!! Əziz Azərbaycan xalqı bu işlərdən sizə nəzərən daha çox məlumatı olan biri olaraq deyirəm. Bütüm lotoreyya, qumar və kazino oyunların tək məqsədi SIZIN PULUNUZU ALMAQDIR , SIZƏ PUL QAZANDIRMAQ YOX. İnanilmaz miqdarda ferqli ferqi internet ortamlarından şikayətlər alırıq və bunların hamisini yayımlamaq imkanımız olmur. Bu cür saytlara bank kartinizi məlumatlarını yazmayın. Whatsapp, Teleqram ve ya diger sosyal sebeke quruplarinda 10 manat verin 100 manat olaraq size qaytaraq deyenlere inanmayin. Bu qeder cahil aldanmaqa meyilli olmayin !!! Yaxin dostlarini və etrafinizdaki insanlari bu kimi şeylerdən çəkindirin. 

Express Your Reaction
Like
Love
Haha
Wow
Sad
Angry

Bəs sizcə kim haqlıdır ?

Bildirşlərə abunə ol
Bildirş
0 Şərh
Inline Feedbacks
View all comments

haqqında digər şikayətlər

Şikayətim bakceldəndi 12.07.2023 və 22.07.2023 tarixlərində mənim bakcelim səhifəsindən Kapital bank kartım ilə nömrəmin hesabına 1.06, 1.00 AZN pul keçirtdim pul getdi Bakcelə amma nömrəmə əlavə olunmadı. 1 aydı bakcelə zənhşg şikayət yazıram heç bir mənası yoxdu fırladırlar bankın üzərinə…

    08 Avqust 2023
    0

    Salam menim shikayetim bakcell mobil shebekesindendir.Geceler cox zaman bash veren insanlarin cibine girmelerinin yolu internetde sadece Googleni aciram programlarina baxiramki ele bil qaz-ishiq saygaci firlanir 30 deqiqe sadece ekranda bosh Google sehifesi aciq qalib 150 mb istifade olunub yaziblar bu…

    11 Dekabr 2022
    0

    Salam. Bayramınız mübarək! Şikayətim Bakcell şirkətindəndi. Xronoloji arıdıcıllıqla neçə illər gedən soyuq müharibəmizi sizə bildirmək istərdim:   2016-cı il yeni köçdüyüm Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində Bakcell-in şəbəkə zəifliyinə görə 555 Müştəri xidmətlərinə müraciət etdim. 50-dən çox ailənin yaşadığı məhəllədə…

    06 Yanvar 2020
    0

    Şikayətim artıq son zamanlarda şikayəti adi hal kimi qəbul edən, abonentlərinə qarşı sərt və səhv siyasət yürüdən Bakcell şirkətindəndi. May ayından onların “Evdə wi-fi” kompaniyasının abonentiyəm. 100 azn ödənişlə router aparatı və 4 aylıq internet vermişdilər. Buraya facebook və instagram limitsiz +60…

    31 Dekabr 2019
    0

    Daha çox görmək üçün daxil ol

    Bəs sizcə kim haqlıdır ?

    Şikayət sebebi:

    Şikayətci:Azer Musalı

    Şikayət olunan:

    Yayımlandı:Yanvar 6, 2020

    Redakte edildi:İyul 13, 2021