21. 08.2022 tarixində Lerik Rayonu ərazisində yerləşən Relax İstirahət Mərkəzi ərazisinə daxil olmaq istərkən heç bir xidmət göstərilmədiyi halda ödəniş tələb edildi. (adam başı 5 azn) Səbəbini soruşduqda restoranların yerləşdiyi ərazidə gəzilməli görülməli yerlər olduğu üçün tələb edildiyi söyləndi. İlk dəfə daxil olacağımız üçün bəlkə qismən anlayışla qarşılamaq olardı. 4 nəfərlik ailə ilə 20 AZN ödəyərək əraziyə daxil olduq. Təxminən 5-10 dəqiqə ərazini gəzincə fırıldaqçılar tərəfindən nə qədər aldadılmağa çalışılıaraq cibimizə girildiyinin fərqinə vardıq. Restoranda oturub sifariş verdik. Öncə çay içəcəkdik, daha sonra yemək. Çay gəldi, bərbad. Buz kimi və rəngini siz təxmin edin. Rəsmən gözümüzün içinə baxa baxa zərbə üstünə zərbə endirirdilər. Heç bir xidmət göstərilmədiyi halda və müqabili təmin edilmədiyi halda millətin necə soyulduğunun şahidi olurduq. Dərhal otel inzibatçısına yaxınlaşaraq səbəbini soruşduq və nə üçün insanları haqsız yerə soyduqlarının dedikdə, bizdə belədir, kefimiz belə istəyir, gedin hara şikayət edirsinizsə edin (Elvin adında idarəçi idi.) Çox təkəbbürlü və özündən razı, harınlaşmış bir üslub və tərzdə insanlarla danışırdı. Hər halda arxası yekələrin adamı olduğunu hiss etdirməyə çalışırdı. Mədəni şəkildə izah etməyə çalışarkən adamın səviyyəsinin yetərsiz olduğunu görüncə ayrılmaq məcburiyyətində qaldım. Adamın bizi aldatmağına mı üzülüm, yoxsa orda yüzlərlə insanın sıra gözləyərək boşuna o qədər pul ödəyib ora daxil olma həvəslərinə mi üzülüm bilmədim. Ama görünən odur ki, bir dəfə daxil olan qurban seçiilir və bir daha girməyəcəyini bililr. Ama idarə etmə üsulu və pul qazanma mexanizmi elə hesablanıb ki, hər kəs bir dəfə aldansa belə kifayət qədər qazanc (necə yeyəcəklərini bilməyəcəyi) əldə edəcəkləri açıq aşikardır. İstirahət mərkəzlərinə giriş ödənişli ola bilər əlbəttə. Nümunə kimi Şəki Bio Gardeni göstərə bilərik. Ancaq heç bir şəkildə birinci adı keçən mərkəzlə müqayisə olunmaz. Çünkü ikincidə elə bir şərait və ödənişə müqabil (5 azn) xidmət təşkil olunub ki, hər kəs razılıq bildiriri. Şəxsən dəfələrlə də orda olmuşam. Hektarlarla əraziyə malik geniş meyvə bağları. İstədiyin mövsümlük meyvədən alıb istifadə edə bilirsən. Müxtəlif növ yaban heyvanları, yaban quşlar və s. İnsan əməlli istirahət edir. Relaxın menecerləri üçün deputat müəllimdən (sahibi) xahiş etmək lazımdır ki, Qəbələ Xanlar restoranına da bir tur təşkil etsin. Görsünlər xidmət və şərait necə olur. Sadəcə diksindirici bir vəziyyətlə qarşı qarşıya qaldığımı və insanların sistematik bir şəkildə alçaldıldığının şahidi oldum və ən əsası da kimsənin bu duruma səs çıxarmadığı və qədərinə razı olduğu. Məmləkətim və vətəndaşım adına böyük təəssüf. Hüquqları tapdanan insanların səsini çıxarmadan ovsunlanaraq soyulduğu bir şəraitdə insanlar yüz minlərlə vəsaiti oturduqları yerdən (çek və qəbz yazaraq) əldə edə bilirlər. Ticarət zəka tələb edir, ancaq bu qədər "zəka" ilk dəfə qarşıma çıxır. Allah islah etsin! deməkdən başqa çıxış yolu da var əlbəttə, hüququn və onun müdafiəçilərinin söz sahib olması və adekvat adımların atılması. Vəssəlam!