Hörmətli Bravo ailəsi,Bildiyiniz kimi renoplastika əməliyyatı keçirmiş şəxslər birmənalı olaraq maskadan tam istifadə edə bilmirlər. Gənclik Mallda yerləşən Bravo marketində işçinizin israrla, tələb və şərtlə “maskanı burnunuzun üstünə qaldırın, yoxsa Sizə satış etməyəcəyik” deməsi nə dərəcədə məntiqli və doğrudurdur?
Pandemiya dövründə vətəndaş, o cümlədən mən öz məsuliyyətini dərk edirəm, buna Sizin işçilərin empati qurmadan israrla məcburiyyəti lazim deyil!
Bu səbəbdən bu cür işçilərinizə, xüsusilə də Gənclik Mallda yerləşən mağazanızda bu şəkildə müştərilərə davranış göstərən işçinizə xəbərdarlıq etmənizi və mənim bu şikayət ərizəmə yazılı olaraq cavab vermənizi rica edirəm.
Hörmətlə,
Qüdsiyyə Məmmədova