Salam Xəzər rayonu Binə qəsəbəsində yaşayırıq. Yenicə sayğac dəyişilib. Amma çek verilmir. Niye? Borc çox yazsın???
“Ombudsmanın 2021-ci il üzrə məruzəsində mexaniki sayğaclarla bağlı həqiqəti əks etdirməyən məlumatlar var”.
Bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
O bildirib ki, ilk növbədə Azərbaycanda heç vaxt “smart” sayğaclar olmayıb, “smart” kart tipli sayğaclar olub, sadəcə əvvəlcədən ödəniş funksiyası mümkün olduğundan onlar “ağıllı” hesab edilib.
Eldəniz Vəliyev əlavə edib ki, hesabatda mexaniki sayğaclarla bağlı həqiqətə uyğun olmayan məlumat verilib:
“Guya bu sayğaclar sərfiyyatın düzgün hesablanmasına imkan vermir, lakin belə bir hal qətiyyən yoxdur. Həm əvvəldən ödənişli “smart” kart tipli sayğaclar, həm də sonradan ödənişli mexaniki sayğacların sərfiyyatı yazma və ya işləmə mexanizmləri eynidir. Hər iki sayğac dövlət yoxlamasından keçir, onların sərfiyyatı yazmasından tutmuş digər parametrlərə qədər hamısı yoxlanılır. Sertifikat verildikdən sonra “Azəriqaz” İstehsalat Biliyi həmin sayğacların tətbiqinə başlayır”.
Şöbə rəisi əlavə edib ki, SOCAR və “Azəriqaz” İB heyətinin birgə məsləhətləşmələri aparılır və cari ildən artıq mexaniki tipli sayğaclara xüsusi cihazların yerləşdirilməsi nəzərdə tutulur:
“Həmin cihazlar vasitəsilə ödənişlərdən tutmuş, hər ilin sonunda limitin yenilənməsinə qədər bütün proseslər onlayn qaydada həyata keçiriləcək. Bunu mərkəzləşdirilmiş qaydada “Azəriqaz” İstehsalat Birliyinin nəzarəti mümkün olacaq. Yalnız bundan sonra ölkədə ağıllı sayğaclardan söhbət gedə bilər. Bunun üzərində ciddi işlər gedir”.
Salam Xəzər rayonu Binə qəsəbəsində yaşayırıq. Yenicə sayğac dəyişilib. Amma çek verilmir. Niye? Borc çox yazsın???
Salam.2 3 aydi Xirdalan Resid Behbudov kuçesi donge 5de normal qaz verilmir az azalir çoxalir ve yandiqi yerde sonur birden her hansisa bir tehlulekesiz problemi yaransaa kim cavab verecek buna.Qaz normal yanmir kombini qizdirmir biz bu soyuq aylarda neynemeliyik kimede…
Salam. Xəzər rayonu, Albalılıq qəs. M.Namazov küç. Xəbərdarlıq edilmədən qaz kəsilir, bu gün 26.01.24 tarixində, saat 19:00 dan qaz kəsilib. Qaynar xəttə məlumat versək də hələ də hazırda yoxdur.
Yazib sizden xais edremki sumqayit corat baqlari erazisi olan 1716 c olan erazide 10 aile qazsiz qalib xais edremki komeklik gosteresiniz qonsular adimdan xais edrik 150 metrlikden kecir qaz xetti