Suche
Generic filters
Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

YENİ SAMSUNG GALAXY S22 SERİYASININ TƏQDİMATI

YENİ SAMSUNG GALAXY S22 SERİYASININ TƏQDİMATI

Elektronika nəhəngi Samsung-dan möhtəşəm təqdimat! Şirkət GALAXY S22 adlı yeni smartfon seriyasını 4 mart tarixində ictimaiyyətə təqdim edəcəyini bildirmişdi. Nəhayət ki, o gün gəldi çatdı. Bu gün Gürcüstanda möhtəşəm təqdimat baş tutdu. İnnovativ texnologiyaların sərgiləndiyi təqdimata Azərbaycandan məhşur simalar da dəvətli idi. Bundan başqa tədbirdə ən son texnologiyaları və yenilikləri izləyən məhşur media nümayəndələri iştirak edib. Galaxy S22 texnologiya sevərlərin də çox böyük marağına səbəb olub. S seriyasına gətirdiyi yeniliklər iştirak edən hər kəsin diqqətini çəkə bilib.

    Təqdimat zamanı yeni S22 smartfonu öz nəslinin əvvəllki nümayəndələri ilə müqayisə olunub. Tədbirdə Samsung öz smartfonlarının davamlı yenilənən göstəricilərini bu smartfonda daha da təkmilləşdirdiyini göstərərək istifadəçilərini  sevindirib.

 

Seriya S22, S22+ və S22 ULTRA  adlanır. S seriyasının yeni ən yüksək seqment smartfonu S22 təkcə  S21 seriyasının  özəlliklərini daşımır. Eyni zamanda Note seriyasının da xüsusiyyətlərini  özündə birləşdirərək daha üstün texnologiyaya çevrilib. Bu smartfonda əvvəlki modellərə nisbətdə dörd nano metrlik arxitektura əsasında Snapdragon 8-lə daha gücləndirilmiş prosessora keçid ediblər. Əsas kameranı təkmilləşdirərək 50 MP-ə qaldırıblar. Ekran ölçüsü digər modellərə nisbətən kiçildilərək 6.1 düyümə endirilib. 120 Hz ekran yenilənmə tezliyi ilə istər  oyun zamanı  istərsə də film izləyərkən görüntünü daha axıcı və canlı edir. Super Amoled ekrana sahib bu yeni modelin üstəlik, ekran parlaqlığı da yüksək səviyyəyə daşınıb.

    Əgər siz də bu smartfona sahib olmaq istəyirsinizsə xüsusi kampaniyadan yararlana bilərsiniz. Belə ki, kampaniya şərtlərinə görə Galaxy S22/Galaxy S22+ modellərini alanlara  Galaxy Buds2 və 25w/45w enerji doldurma cihazı, Galaxy S22 Ultra alanlara isə Galaxy Buds Pro və 45 vatt gücündə enerji doldurma cihazı hədiyyə olunacaq.

    Kampaniya yalnız 05.03.2022-25.03.2022 tarixlərində keçərlidir

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Daha çox şikayət görmək üçün daxil ol

4481043

Bakı-Quba yolunda Ziya Məmmədovun biabırçılığı üzə çıxdı – VİDEO

279022873_2165883226903233_6287770741756472059_n

Bakıda kuryerlər tətil çağırışı etdi.

1650703884_vbb

Ağstafa rayonundakı gülünc asfaltlama işi ilə bağlı RƏSMİ AÇIQLAMA

DTX

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) fırıldağına görə saxlanılanlar var

samsung-un-galaxy-mehsullarinin-istifadecileri-oz-cihazlarini-ferdi-sekilde-temir-ede-bilecekler4186

Samsung-un Galaxy məhsullarının istifadəçiləri öz cihazlarını fərdi şəkildə təmir edə biləcəklər

gundelik-islerinize-icraci-tapa-bileceyiniz-yerli-platforma---azdo.az505

Gündəlik işlərinizə icraçı tapa biləcəyiniz yerli platforma – AZDO.AZ

google-play-store-daki-bezi-tetbiqler-istifadeci-melumatlarini-abs-in-xususi-orqanlarina-gonderirmisler8953

Google Play Store-dakı bəzi tətbiqlər istifadəçi məlumatlarını ABŞ-ın xüsusi orqanlarına göndərirmişlər

en-yuksek-radiotezlikli-sualanmaya-sahib-smartfonlarin-reytinqi-tertib-olunub8562

Ən yüksək radiotezlikli şüalanmaya sahib smartfonların reytinqi tərtib olunub

PulHCqnN295rkAepvbv72rzdlsHzROelON9jsc7s

Ələt qəsəbəsindəki Mədəniyyət evi baxımsız haldadır

1648651005_1648645191_terminal

Terminallarla pul köçürərkən faiz tutulacaq – AÇIQLAMA