Terminallarla pul köçürərkən faiz tutulacaq – AÇIQLAMA
Mart 30, 2022
Azərbaycanda ödəmə terminalları vasitəsilə bankların debet kartına mədsaxil zamanı hər hansı komissiya tutulmurdu. Lakin iddialara görə, artıq ödəniş terminalları sözügedən əməliyyatlar zamanı müşəridən müəyyən faiz tutmağa başlayıb. Bununla bağlı sosial şəbəkələrdə də etirazlara rast gəlmək mümkündür. Sfera.az xəbər verir ki, “ölkə.az” məsələ ilə bağlı ölkənin aparıcı elektron ödəniş sistemləri “Komtec” Ltd (MilliÖn ticarət nişanı) və “Modenis” MMC (eManat) ilə əlaqə saxladıq. “MilliÖn”dən sualımıza cavab olaraq bildirildi ki, yalnız “Azər-Türk Bank”ın debet kartlarına mədaxil zamanı məbləğin 0,6%-i həcmində komissiya tutulur. Faizin “MilliÖN” tərəfindən tutulduğu və bankla müqavilə əsasında müəyyənləşdirildiyi qeyd edilib. “eManat”ın Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən isə belə komissiyanın “Azər-Türk Bank”a məxsus debet kartları ilə əməliyyatlarda tutulduğu deyildi: “eManat” ödəmə sistemi vasitəsilə “Azər-Türk Bank” debet kartlarına mədaxil zamanı tutulacaq 1% komissiya bank tərəfindən razılaşdırılmış komissiyadır. Kredit və kredit kartı üzrə ödənişlər isə köhnə qaydada, müştərinin ödədiyi vəsaitdən heç bir komissiya tutulmadan banka göndəriləcək”, – deyə açıqlamada qeyd olunub. Qurumun çağrı mərkəzindən isə komissiyanın aprelin 1-dən bank tərəfindən tutulacağı deyildi. “Azər-Türk Bank”ın açıqlamasında isə qeyd olunub ki, debet kartları ilə aparılan əməliyyatlar üzrə 1% həcmində xidmət haqqı birbaşa “MilliÖn” və “eManat” sistemləri tərəfindən tutulacaq. Bank bu əməliyyatlar üzrə heç bir komissiya nəzərdə tutmayıb. Səbəb kimi isə sözügedən ödəniş sistemləri tərəfindən xidmət haqqının kəskin şəkildə artırılmasının bank əməliyyatları üzrə tariflərə yenidən baxılmasına zərurət yaratdığı deyildi. Daha əvvəl isə terminallar vasitəsilə debet karta mədaxil əməliyyatları üzrə komissiyalar bank tərəfindən qarşılanırdı.
Bax siz meni verirsiz Mehkemeye men cox raziyam verin meni Mehkemeye ne gerar o verse helede olacey! Daha bestir menim gecikmeyelerim bu Karona virus bawtiyan gunen bawtati ozude faizderda cox yixilib ay bu Elwadin Yesi menim faizderimi poz eger imkan…
Hansı bank haqlıdır və bu kimi hallarda nə etmək lazımdır? Şikayətim Kapital Bank dandır. Bilirəm, bu bankdan o qədər şikayət qarşınıza çıxıb ki, bəlkə də adi qəbul edib görməzdən gələcəksiniz. Yenə də məsələ ilə bağlı kömək edə və ya məsləhət…
Operatorlar musterini dinlemek istemir.. seher zeng etmisem ki , internet magaza ucun sizin xidmeti istifade etmek isteyiri. albali kart ve s kartlardan odenis qebul edirmi sizin xidmet.. xanim operator sagolsun sozumu catdirmaga imkan vermir ki bi suali bitirim. hele deyir…