Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Təhsil Nazirliyinin TENDER OYUNU: 100 min manat HARA XƏRCLƏNİB?

İcrası 2021 və 2022-ci illəri əhatə edən “Open Science” Azərbaycan: Gənc Tədqiqatçılar Arasında “Open Science” platformasının təbliği” layihəsi ilə bağlı qalmaqallı informasiya yayılıb.MillətinSəsi.info Publika.az-a istinadən xəbər verir ki, adıçəkilən layihəni Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti (AGADMC) Təhsil Nazirliyi ilə birgə reallaşdırıb.İddialara görə, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov nazirliyin 100 min manatlıq qrant layihəsini təkbaşına “reallaşdırıb” və layihə ilə bağlı heç bir hesabat təqdim etməyib.Üstəlik, Təhsil Nazirliyinin adıçəkilən qrant müsabiqəsi ilə bağlı tender elan etmədiyi də vurğulanır. Eyni zamanda, 100 min manatın hara, necə və hansı şəkildə xərclənməsi ilə bağlı məlumat da yoxdur.Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti sədri İlqar Orucov bildirib ki, həmin layihə 100 min manatlıq deyil:“Amma Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilmiş layihədir. Layihənin ümumi dəyəri 100 min manat deyil, təbii ki, daha azdır. Mən həmin məbləği açıqlamağa məcbur deyiləm. Prosedur necə olubsa, bizim təşkilat da o cür qalib olub. Üstəlik, həmin müsabiqənin elanı da internet resurslarında gedib. Bu barədə Təhsil Nazirliyinin rəsmi saytında elan yerləşdirilib. Hətta 15 gün vaxt da qoyulmuşdu. Həmin müddətdə biz də müsabiqə üçün müraciət eləmişik”.AGADMC sədrinin sözlərinə görə, rəhbərlik etdiyi qurum Azərbaycanda elmi gənclik hərəkatını formalaşdırmış bir təşkilat olaraq müsabiqə üçün müraciət ünvanlayıb:“Biz zamanında həm Avropa Gənc Alimlər Şurası ilə, həm də Gənclər Fondu ilə bu işləri pilot layihə olaraq gerçəkləşdirmişik. Sonra bu layihəni Təhsil Nazirliyi ilə daha geniş şəkildə icra eləmişik. Bu işlərimiz mətbuatda da geniş işıqlandırılıb. Bizim təşkilat dünya gənc alimlərinin forumunu keçirmiş bir qurumdur. 95 ölkədən 700 gənc alimi Azətbaycana gətirmişik. Yenə də deyirəm, bu layihə 100 min manatlıq deyildi. Həm də bütün prosedurlar icra olunmaqla gerçəkləşdirilib. Həmin müsabiqədə bizdən əlavə dəfələrlə qrant alan təşkilatlar da olub. Biz mətbuata və cəmiyyətə həmişə açıq olmuşuq. Heç bir gizli fəaliyyətimiz olmayıb və yoxdur”.İlqar Orucovun iddialara münasibətini öyrəndikdən sonra onun cavabları əsasında qısa araşdırmalar apardıq.İlk olaraq qeyd edək ki, icrası 2021 və 2022-ci illəri əhatə edən “Open Science” Azərbaycan: Gənc Tədqiqatçılar Arasında “Open Science” platformasının təbliği” layihəsi ilə bağlı istər Təhsil Nazirliyinin saytında, istərsə də hər hansı bir internet resursda tender elanına rast gəlmədik. Təhsil Nazirliyinin saytındakı “Layihələr” bölməsində isə cəmi 12 layihə barədə məlumat yerləşdirilib. Üstəlik, nazirliyin gerçəkləşdirdiyi layihələrin siyahısında bu layihənin adı yoxdur. Digər tərəfdən, layihənin adının olmadığı kimi, 100 min manatla bağlı da məlumat verilmir.Digər maraqlı məqam ondan ibarətdir ki, Təhsil Nazirliyinin bir il bundan qabaq və daha əvvəl elan etdiyi tender layihələrinə daxil olmaq istəyərkən səhifələrin içərisini boş gördük. Yəni, layihələr və onların icrası barədə hər hansı məlumat yoxdur, layihələrlə bağlı hesabatlar da nazirliyin saytında yerləşdirilməyib.Məsələ ilə bağlı Təhsil Nazirliyinə göndərilən sorğumuza cavab verilməyib.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam,mənim dəfələrlə üzləşdiyim problem saygaca yuklediyim məbləgin yuklənməməsi ilə baglldı,zəhmət olmasa bununla baglı şikəyyətimə baxılsın,cunki 199cagri mərkəzinə zəng edəndə operatorlar yuklədiyim məbləgi gorur amma deyilir ki məbləg saygaca yuklənməyib,və yuklədiyim pul arada itir,niye?

5 gün əvvəl
0

Bugun sat 14:00 da lokbatan dairesi adlanan erazide korpunun altinda 1 deqiqe olmadi hec muwderi duwub atasin mindirdi 1sumkasi vardi qoydu baqaja hec 1 deq cekmedi cerime gekdi BNA dan kamera vasitesiyle cekilib.sekildede aciq aydin gorunurki mawinin aqpisi baqaji acilib…

12 Mart 2023
0

Avtobuslara şoferi teyin edendə avtoxuliqanları seçirsiniz sanki asobu 185 nömrəli avtonus soferi martin 9 u saat 15:55 radelerində 185 nomreli avtobus 173 nomreli avtonusla yarisaraq hecbir dayamacaqda saxlamadi deferle saxla qapini ac demeyime regmen saxlamdi yarisa davam etdi. Yanindada terbiyyesiz…

    09 Mart 2023
    0

    Salam men xezer rayonu bine savxozda yaşyram mene bildriş veren xidmeçi sayaqacdan işqi ayrıb ve gedir evdede bilmilerki işiq sayaqacdan ayrlıb ve butun gun işqsz qalıblar men işden gelib bunu gorem ve bildrçye etraz edremki niye bele edmisen mene deyir…

    04 Mart 2023
    0

    Daha çox şikayət görmək üçün daxil ol

    328685869_6267237373307259_8944740975891313284_n

    Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

    referfrefref

    “Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

    1668174836_14

    “Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

    1664264900_1664264242_pp

    Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

    4683437

    Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

    baktelekom1660161428

    SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

    6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

    Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

    azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

    “Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

    1657699071_benzin

    Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ

    1657282117_62c81d5d99b3762c81d5d99b38165728188562c81d5d99b3562c81d5d99b36

    MİDA-dan ev alanların nəzərinə! – Nəticələr ləğv edildi, həbs edilənlər var