Samsung-un Galaxy məhsullarının istifadəçiləri öz cihazlarını fərdi şəkildə təmir edə biləcəklər
Aprel 12, 2022
Samsung şirkəti iFixit saytı (cihazların təmiri sahəsində fəaliyyət göstərən məşhur sayt) ilə birlikdə istifadəçilər üçün yeni xidməti təqdim edib və həmin xidmət çərçivəsində istifadəçilər fərdi şəkildə Galaxy cihazlarını təmir edə biləcəklər. Məşhur iFixit saytı ilə əməkdaşlıq çərçivəsində Samsung şirkəti istifadəçilər üçün təmir üzrə lazımi komponentləri, detalları və təlimatları təqdim edəcək. Sözügedən xidmətin ilkin mərhələsinə Galaxy S20, S21 smartfonları və TabS7Plus planşeti daxil olacaq. Beləliklə sözügedən cihazların istifadəçiləri şirkət tərəfindən təqdim ediləcək xüsusi təlimatlar vasitəsilə onların ekranlarını, arxa şüşələrini və şarj girişlərini fərdi şəkildə dəyişə biləcəklər.
Həmin detallar da Samsung tərəfindən təqdim ediləcək. Bu üsul ilə şirkət müştəriləri üçün Samsung cihazlarının ömürlərinin uzadılması üzrə geniş imkanları təqdim edir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin də bu cür xidməti təqdim edəcəyi barəsində məlumat keçən il ortaya çıxmışdı. Gözləntilərə əsasən Apple şirkətinin sözügedən xidməti bu ilin sonuna kimi istifadəyə veriləcək. Xidmətin ilkin mərhələsində istifadəçilər yalnız iPhone 12 və iPhone 13 smartfonlarını fərdi şəkildə təmir edə biləcəklər. Bunun üçün lazımi detallar ilə təlimatlar isə şirkət tərəfindən satılacaq.
Baku electronics Əhmədli filialında Firuzə adlı satıcı insanları aldaraq məhsul satır, bugün telefon aldım, qızıl zəmanəti satmaqdan ötrü yalan məlumat verdi mənə, çox narazı qaldım, yalan məlumat verərək satış etmək bu şirkətə yaraşmır. Satıcı seçəndə diqqətli olmağı tövsiyyə edirəm, əks…
Salam, 27 yanvar 2023 cü il tarixdə həmin mağazadan bacımın albalı kartı ilə Braun ütüsü almışam,ütü mənə alınıb,bacımın kartı olduğu üçün müştəri o saylır, ütü qarışdırır, o üzdən bu gün həmin mağazada baş satıcı mənimlə kobud davrandı.səbəb malın standartlı sertifikatını…
Ciraqan filyallinan ayfon ucun qulaqciq aldim 5 gun sonra sikayetimi bildirdim ki nese normal islemir qapaqin acan kimi qosulmur sonra apardim orda baxdilar ozleride gordu ki problem var yoneltdiler ehmedli servize apardim ora dediler kirlenib yeqin qulaqciqlar 30 manatdi sonra…