Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Samsung Galaxy S22 smartfonlarında tətbiqlərin performanslarının aşağı salınması problemini həll edir

 

Samsung Galaxy S22 smartfonlarında tətbiqlərin performanslarının aşağı salınması problemini həll edir

Dünən məlum olmuşdu ki, Samsung şirkəti 10.000 tətbiqin performasını süni şəkildə aşağı salır. Sözügedən problem əsasən Galaxy S22 modellərində müşahidə edilir. Problem isə smartfonlardakı Game Optimizing Service (GOS) tətbiqindədir. Sözügedən tətbiq smartfonun performansı və çalışma müddəti arasındakı balansın əldə edilməsində yardımçı olur. Əldə olan məlumatlara sasən GOS tətbiqi oyunlarla birlikdə işə düşməlidir və nəticədə smartfonun performansı ilə çalışma müddəti arasındakı balansı optimizasiya etməlidir. Lakin məlum olub ki, optimizasiya edilən tətbiqlər arasında təkcə oyunlar deyil, həmçinin YoutubeTikTokMicrosoft OfficeNetflix və s. kimi tətbiqlər də mövcuddur.

    Bundan əlavə olaraq GOS həmçinin Samsung-un öz tətbiqlərini də optimizasiya edir. Onların arasında Samsung CloudSamsung Pay və Samsung Pass kimi tətbiqlər var. Faktiki olaraq elə vəziyyət yaranır ki, Samsung şirkəti daha yaxşı enerji effektivliyini əldə etmək üçün Snapdragon 8 Gen 1 və ya Exynos 2200 prosessorlarının performanslarının bir hissəsini bloklayır. Maraqlısı ondadır ki, GOS-u smartfonların ayarlarından deaktiv etmək mümkün deyil. Bunun üçün kənar proqram təminatından istifadə etmək lazımdır.

Samsung isə öz növbəsində buna reaksiya verib və bildirib ki, Samsung smartfonlarında oyunların performanslarının aşağı salınması probleminin aradan qaldırılması üçün nəzərdə tutulmuş sistem yenilənməsi artıq hazırlanma mərhələsindədir. Şirkət bildirib ki, hazırlanan sistem yenilənməsi yaxın zaman ərzində bütün istifadəçilər üçün təqdim ediləcək. Sistem yenilənməsinin quraşdırılmasından sonra istifadəçilər oyunlarla qarşılıqlı əlaqədə olan zaman fərdi şəkildə prioriteti performans göstəricilərinə verə biləcəklər.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Daha çox şikayət görmək üçün daxil ol

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ

1657282117_62c81d5d99b3762c81d5d99b38165728188562c81d5d99b3562c81d5d99b36

MİDA-dan ev alanların nəzərinə! – Nəticələr ləğv edildi, həbs edilənlər var

0825c029-832f-4afd-b437-f8b6f9fa3726

“Atatürk” parkında içdiyi çayın qiyməti müştəriyə ŞOK yaşatdı – FOTO

socar11

SOCAR-ın 21 milyarddan çox borcu var

1657088416_1055328

Tanınmış mağazadan tortun içindən milçək çıxdığı iddiası

6771935

“Bolt” sürücüsü qəpikləri müştərinin üzünə çırpdı – VİDEO