Suche
Generic filters
Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Orta seqmentə aid olan yeni OnePlus Nord CE 2 smartfonu təqdim olunub – QİYMƏTİ

OnePlus şirkəti orta seqmentə aid yeni smartfon modelini təqdim edib. Söhbət, OnePlus Nord CE 2-dən gedir. Əvvəlki OnePlus Nord CE modelindən fərqli olaraq yeni smartfon daha güclü prosessor, 65 vatt gücündə sürətli şarj texnologiyası və microSD girişi ilə təchiz olunub. Beləliklə OnePlus Nord CE 2 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq ekran Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus Nord CE 2 modeli 8 nüvəli MediaTek Dimensity 900 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 64 MP (f/1.79 diafraqma) + 8 MP (f/2.25 diafraqma, 119 dərəcə tutma bucağı) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 16 MP-lik (f/2.4 diafraqma, 85 dərəcə tutma bucağı) ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Smartfon 100% enerjini 32 dəqiqə ərzində yığır. Bundan əlavə olaraq smartfon stereo səsgücləndiricilərə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş ənənəvi 3.5 mm-lik girişə sahibdir. OnePlus Nord CE 2 modeli OxygenOS 11.0 interfeysli Android 11 vasitəsilə çalışır. Smartfon 10 mart tarixində satışa çxıacaq. Verilmiş məlumata əsasən Avropa bazarında smartfonun yalnız 8 GB RAM-a sahib olan versiyası satılacaq. Onun qiyməti isə 349 avro təşkil edəcək.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Daha çox şikayət görmək üçün daxil ol

4481043

Bakı-Quba yolunda Ziya Məmmədovun biabırçılığı üzə çıxdı – VİDEO

279022873_2165883226903233_6287770741756472059_n

Bakıda kuryerlər tətil çağırışı etdi.

1650703884_vbb

Ağstafa rayonundakı gülünc asfaltlama işi ilə bağlı RƏSMİ AÇIQLAMA

DTX

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) fırıldağına görə saxlanılanlar var

samsung-un-galaxy-mehsullarinin-istifadecileri-oz-cihazlarini-ferdi-sekilde-temir-ede-bilecekler4186

Samsung-un Galaxy məhsullarının istifadəçiləri öz cihazlarını fərdi şəkildə təmir edə biləcəklər

gundelik-islerinize-icraci-tapa-bileceyiniz-yerli-platforma---azdo.az505

Gündəlik işlərinizə icraçı tapa biləcəyiniz yerli platforma – AZDO.AZ

google-play-store-daki-bezi-tetbiqler-istifadeci-melumatlarini-abs-in-xususi-orqanlarina-gonderirmisler8953

Google Play Store-dakı bəzi tətbiqlər istifadəçi məlumatlarını ABŞ-ın xüsusi orqanlarına göndərirmişlər

en-yuksek-radiotezlikli-sualanmaya-sahib-smartfonlarin-reytinqi-tertib-olunub8562

Ən yüksək radiotezlikli şüalanmaya sahib smartfonların reytinqi tərtib olunub

PulHCqnN295rkAepvbv72rzdlsHzROelON9jsc7s

Ələt qəsəbəsindəki Mədəniyyət evi baxımsız haldadır

1648651005_1648645191_terminal

Terminallarla pul köçürərkən faiz tutulacaq – AÇIQLAMA