Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

MİDA-dan ev alanların nəzərinə! – Nəticələr ləğv edildi, həbs edilənlər var

MİDA-dan ev alanların nəzərinə! - Nəticələr ləğv edildi, həbs edilənlər var

“Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

“Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılmışlar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb edilmişlər. Araşdırmalarla təsbit edilmişdir ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş “Güzəştli mənzil” sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurmuşlar.

“Güzəştli mənzil” sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini həyata keçirir ki, onun da əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılması zamanı şəffaflığı və operativliyi təmin etməkdir.

Yuxarıda qeyd edilən araşdırmalar nəticəsində müəyyən edilmiş halların “Güzəştli mənzil” sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

Agentliyin sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcəkdir. Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam,mənim dəfələrlə üzləşdiyim problem saygaca yuklediyim məbləgin yuklənməməsi ilə baglldı,zəhmət olmasa bununla baglı şikəyyətimə baxılsın,cunki 199cagri mərkəzinə zəng edəndə operatorlar yuklədiyim məbləgi gorur amma deyilir ki məbləg saygaca yuklənməyib,və yuklədiyim pul arada itir,niye?

5 gün əvvəl
0

Bugun sat 14:00 da lokbatan dairesi adlanan erazide korpunun altinda 1 deqiqe olmadi hec muwderi duwub atasin mindirdi 1sumkasi vardi qoydu baqaja hec 1 deq cekmedi cerime gekdi BNA dan kamera vasitesiyle cekilib.sekildede aciq aydin gorunurki mawinin aqpisi baqaji acilib…

12 Mart 2023
0

Avtobuslara şoferi teyin edendə avtoxuliqanları seçirsiniz sanki asobu 185 nömrəli avtonus soferi martin 9 u saat 15:55 radelerində 185 nomreli avtobus 173 nomreli avtonusla yarisaraq hecbir dayamacaqda saxlamadi deferle saxla qapini ac demeyime regmen saxlamdi yarisa davam etdi. Yanindada terbiyyesiz…

    09 Mart 2023
    0

    Salam men xezer rayonu bine savxozda yaşyram mene bildriş veren xidmeçi sayaqacdan işqi ayrıb ve gedir evdede bilmilerki işiq sayaqacdan ayrlıb ve butun gun işqsz qalıblar men işden gelib bunu gorem ve bildrçye etraz edremki niye bele edmisen mene deyir…

    04 Mart 2023
    0

    Daha çox şikayət görmək üçün daxil ol

    328685869_6267237373307259_8944740975891313284_n

    Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

    referfrefref

    “Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

    1668174836_14

    “Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

    1664264900_1664264242_pp

    Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

    4683437

    Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

    baktelekom1660161428

    SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

    6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

    Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

    azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

    “Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

    1657699071_benzin

    Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ

    0825c029-832f-4afd-b437-f8b6f9fa3726

    “Atatürk” parkında içdiyi çayın qiyməti müştəriyə ŞOK yaşatdı – FOTO