Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Mənzil İnşaatı Dövlət Agentliyinin 442 mənzili 4 saniyəyə satılıb – Mənzillərin şəffaf satılması ilə bağlı şübhələr yaranır

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin satışa çıxardığı Yasamal yaşayış kompleksində 442 mənzil 4 saniyəyə satılıb. “Yeni Sabah” xəbər verir ki, bu fakt ictimaiyyətdə şok effekti yaradıb. Mənzillərin şəffaf satılması ilə bağlı şübhələr yaranır. Mənzil seçimi elektron qaydada həyata keçirilir. Fiziki olaraq 4 saniyə ərzində seçim etmək mümkünsüz hesab olunur. İddialara görə, bəzi şəxslər mənzil seçimi üçün ayrıca olaraq ödəniş müqabilində İT mütəxəssis tuturlar. “Haker”in haqqı 6-7 min manat arası dəyişir. Maklerlərin “sosial evlər”i biznesə çevirməsi də iddialar sırasındadır. Belə ki xüsusi yollarla evləri udaraq 10-15 min bahasına satırlar. Məsələ ilə bağlı İT mütəxəsisi Osman Gündüz “Yeni Sabah”a açıqlamasında deyib ki, haker hücumu ehtimalının çox aşağıdır. Çünki həmin sistemdə yüksək təhlükəsizlik tədbirləri görülür.“Bundan başqa sayt dövlətin portalında, data mərkəzində yerləşdirilir. Yəni burada haker hücumu yaxud nəsə manipulyasiya yolu ilə nəticləri dəyişmək ehtimalını çox aşağı hesab edirəm. Burada ikinci bir məqam da var. MİDA saytda CAPTCHA (Completely Automated Public Turing test to tell Computers and Humans Apart) sistemi qoyub, orada gərək simvolları daxil edəsiniz, bu sistem hətta ikiqat qoyulub. Bu süni müdaxilələrin qarşısını almaq üçün qoyulmuş sistemdir, amma bu sistemi aşan proqram təminatları yazılır. Bunu isə xaker hücumu hesab etmək olmaz. Burada hər hansı qanun pozuntusu yoxdur. Burada dövlətin müəyyən etdiyi qaydalara zidd heç nə yoxdur. Kimsə proqram təminatından istifadə edib o simvolları doldurursa, buna qarşı aidiyyatı dövlət qurumları əlavə mexanizmlər müəyyən etməli idi ki, bu cür proqram təminatlarından istifadənin qarşısını ala bilsin.

4 saniyəyə satılan 450 mənzil… – “Sosial ev” almaq istəyən haker tutmalıdır?

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib.  Satışdan öncə iddiaçıların onlayn satış prosesini  test etməsi üçün  bir ay müddətində demo versiya aktiv olub. Lakin bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən  narazılıqlar müşahidə olunur.
Sfera.az-ın məlumatına görə, şikayətlərdə qeyd olunur ki, MİDA-nın satışa çıxardığı mənzillər 4-5 saniyəyə satılıb və bu da şübhələrin yaranmasına səbəb olub. Bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir:
“Onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir. Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm.  Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik. Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik. Ümid edirəm, MİDA bu gün baş tutan satış, narazılıqlar haqqında ətraflı məlumat verəcək”.
Bu günkü satışda iştirak edən Cavanşir Şirinov adlı şəxs artıq 10-cu saniyədə heç bir evin siyahıda çıxmadığını deyib: “Bu o deməkdir ki, bu müddət ərzində evlər seçilib və elektron imza ilə imzalanaraq təsdiq olunub. Bu isə, heç bir halda ağlabatan deyil. 450-yə yaxın mənzildən heç olmasa, 5-10 mənzil siyahıda çıxmalı idi. Eybi yox, seçəndə yazılsın ki, baxılmadadır. MİDA-nın bu yolla ev satışını təşkil etməsi haqsızlıqdan əlavə, hansısa proqramçıların bazarının genişləndirilməsinə xidmət edir”.
Digər iştirakçı Ceyhun Fikrətoğlu bir aydır məşq etdiyini deyib: 
“Hətta tanıdığım insanlar var ki, 8 saniyəyə mənzil siyahısını görə bilməyib. Hüquqda yaxşı bir anlayış var: ağlabatan. 6 saniyə belə edənlər yazırlar ki, ala bilməyiblər. Deməli, mən nə qədər məşq eləsəm də, 6 saniyədən aşağı düşə bilmərəm. Nəticənin insan təfindən əldə edilməsi ağlabatan deyil. Açıqlamalarda beynəlxalq konsaltinq şirkətlərinin nə deyəcəyi maraqlıdır”.
Qeyd edək ki, mənzil seçimi elektron qaydada həyata keçirilir. İddialara görə, bəzi şəxslər mənzil seçimi üçün ayrıca olaraq ödəniş müqabilində İT mütəxəssis tuturlar. “Haker”in haqqı 6-7 min manat arası dəyişir. Maklerlərin “sosial evlər”i biznesə çevirməsi də iddialar sırasındadır. Onların xüsusi yollarla evləri udaraq 10-15 min baha satdıqları bildirilir. 

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam,mənim dəfələrlə üzləşdiyim problem saygaca yuklediyim məbləgin yuklənməməsi ilə baglldı,zəhmət olmasa bununla baglı şikəyyətimə baxılsın,cunki 199cagri mərkəzinə zəng edəndə operatorlar yuklədiyim məbləgi gorur amma deyilir ki məbləg saygaca yuklənməyib,və yuklədiyim pul arada itir,niye?

5 gün əvvəl
0

Bugun sat 14:00 da lokbatan dairesi adlanan erazide korpunun altinda 1 deqiqe olmadi hec muwderi duwub atasin mindirdi 1sumkasi vardi qoydu baqaja hec 1 deq cekmedi cerime gekdi BNA dan kamera vasitesiyle cekilib.sekildede aciq aydin gorunurki mawinin aqpisi baqaji acilib…

12 Mart 2023
0

Avtobuslara şoferi teyin edendə avtoxuliqanları seçirsiniz sanki asobu 185 nömrəli avtonus soferi martin 9 u saat 15:55 radelerində 185 nomreli avtobus 173 nomreli avtonusla yarisaraq hecbir dayamacaqda saxlamadi deferle saxla qapini ac demeyime regmen saxlamdi yarisa davam etdi. Yanindada terbiyyesiz…

    09 Mart 2023
    0

    Salam men xezer rayonu bine savxozda yaşyram mene bildriş veren xidmeçi sayaqacdan işqi ayrıb ve gedir evdede bilmilerki işiq sayaqacdan ayrlıb ve butun gun işqsz qalıblar men işden gelib bunu gorem ve bildrçye etraz edremki niye bele edmisen mene deyir…

    04 Mart 2023
    0

    Daha çox şikayət görmək üçün daxil ol

    328685869_6267237373307259_8944740975891313284_n

    Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

    referfrefref

    “Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

    1668174836_14

    “Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

    1664264900_1664264242_pp

    Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

    4683437

    Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

    baktelekom1660161428

    SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

    6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

    Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

    azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

    “Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

    1657699071_benzin

    Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ

    1657282117_62c81d5d99b3762c81d5d99b38165728188562c81d5d99b3562c81d5d99b36

    MİDA-dan ev alanların nəzərinə! – Nəticələr ləğv edildi, həbs edilənlər var