Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

 

Gündəlik alış-veriş zamanı tez-tez müraciət etdiyimiz ət və ət məhsullarından biri də kolbasa və sosislərdir. Lakin ətin kiloqramının 11-12 manata olduğu halda ətdən hazırlandığı iddia edilən kolbasa və sosislərin qiymətinin 4-5 manat olması artıq xeyli vaxtdır ki, əhalini düşündürür.

Lakin problem tək bu deyil. Mənşəyi bilinməyən ət məhsuları artıq bazarda öz sözünü demiş, bütün standartlara cavab verən ət məhsulları ilə rəqabət aparırlar. Bunun da əsas səbəbi ucuz və keyfiyyətsiz məhsulların intensiv şəkildə reklam olunmasıdır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sfera.az-a açıqlamasında söyləyib ki, ölkəmizdə 20-dən çox ət məhsulları istehsal edən müəssisə var:

“Bazarda elə bir vəziyyət yaranıb ki, ekoloji təmiz, təzə ətlərdən kolbasa istehsal edən müəssisə az qalır ki, müflis olsun. Naməlum maddələrdən hazırlanan kolbasa və sosis məhsullarını bazara çıxaran və qiymət yolu ilə bazarda haqsız bir rəqabət mühiti yaradan qurumlar var. AİB olaraq əlbəttə ki, insanların ucuz və keyfiyyətli mallar almalarının tərəfdarıyıq. Lakin bazara elə məhsullar çıxarılır ki, bütün gigiyenik qaydalara riayət edərək sağlamlıq üçün ziyanlı olmayan məhsullar istehsal edən müəssisə müflis olur. Bu, yolverilməzdir.

Azərbaycan hökuməti biznes qurumları üçün dünyanın heç bir yerində olmayan rahat şərait yaradıb. Ən inkişaf etmiş ölkələrdə belə biznesmenlərin qazancına şərik olan reket qüvvələr var. Ölkəmizdə isə belə hallar yoxdur. Lakin düşünürəm ki, biznes qurumlar hökumətin bu əhəmiyyətli siyasətini düzgün dəyərləndirə bilmirlər”.

Birlik sədri ucuz qiymətə satılan ət məhsullarının bu qədər geniş yayılmasının səbəblərinə də aydınlıq gətirib:

“Ölkənin antiinhisar qurumu çox ciddi iş aparmalıdır. Onu da qeyd etməliyəm ki, hazırda istər televiziyalarda, istərsə də sosial şəbəkələrdə kiloqramı 4-5 manat dəyərində olan kolbasa və sosislər çox reklam olunur. Əhalinin böyük hissəsi də televiziyalara inanır, düşünür ki, televiziya vasitəsilə reklam olunan məhsul ekoloji cəhətdən sağlamdır, xeyirlidir. Lakin sual yaranır: hansı texnoloq kiloqramı 4 manata olan ət məhsulu hazırlaya bilər? Hətta ən peşəkar texnoloqlar belə həmin məhsulların nədən hazırlandığını ayırd etməkdə çətinlik çəkirlər. Heyvan dərisindən hazırlasalar, yenə də o qiymətə olmazdı”.

Ekspert yerli ərzaq bazarında satışda olan xarici məhsullar barədə də məlumat verib. O, həmin məhsulların tərkibini, nədən hazırlandığını ciddi şəkildə araşdırmağı təklif edib:

“Dəfələrlə səsləndirdiyim digər bir məsələ xaricdən idxal olunan ət məhsullarının araşdırılması ilə bağlıdır. Həmin mallar çox cəlbedici şəkildə paketlənirlər və bu da insanlarda daha keyfiyyətli məhsul fikrini formalaşdırır. Müşahidələr onu göstərir ki, həmin xarici məhsulların qablaşdırılması ilə daxili eyni olmur, uyğunsuzluq olur”.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam, Baş kassirin özündənrazı və kobud hərəkətləri və mağazadaki xarab olmuş məhsullar artıq məhəllə sakinlərini boğaza yığıb, Səhər yeməyi üçün nəzərdə tutulmuş şokalad’ların nəzərdə tutulmuş saxlanılma şəraitlərinə riayət olunmamasına dəfələrlə özüm şahid olmuşam. Ən əsas şikayətim isə kassirlərlə bağlıdır. Kassirlər…

4 saat əvvəl
0

Salam, Bravo hipermarketde kassa sayi cox oldugu halda aciq deyil ve bu sebeden sirada gozlemeli oluruq. Tebiki eger is fasilesinde gelmisemde ise de gecikmis oluram bele olan halda. Abed fasilesini kassa sirasinda kecirmeli oluram. Xahis edirem nezaret olunsun. En azindan…

08 Sentyabr 2023
0

Salam.Baki Saglamliq Merkezinin yaxinlixinliginda yerlesen Bravo marketde maraqlandigim qederi ile magaza kodu 5125 olan marketinizden bazarliq edirdim magazda mehsul haqda melumat almaq isteyirdim balaca boy kok xanim idi sehv etmiremse diger emakdasiniz onu Sevinc deyerek sesledi.Adi cekilen hemin Sevinc xanim…

22 Avqust 2023
0

Salam.Baki Saglamliq Merkezinin yaxinlixinliginda yerlesen Bravo marketde maraqlandigim qederi ile magaza kodu 5125 olan marketinizden bazarliq edirdim magazda mehsul haqda melumat almaq isteyirdim balaca boy kok xanim idi sehv etmiremse diger emakdasiniz onu Sevinc deyerek sesledi.Adi cekilen hemin Sevinc xanim…

22 Avqust 2023
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ