Şikayətlər baxılmadan silinir,şikayətə baxandan şikayət etmək, yalnız bizdə belədi.
Bir müddətdir Azərbaycanda fəaliyyətə başlayan onlayn xidmətlər bazarı platforması azdo.az 3000-dən çox tapşırıq icraçısını platformada birləşdirə bilib. Platformanın çalışma məntiqi Azərbaycandan olan bir çox xidmət icraçısını onlayn formada vahid bazada toplamaq, daha sonra həmin şəxslərin xidmətlərinin təklifi ilə icraçılara öz işlərinə uyğun namizədləri optimal qiymətə tapmağa kömək etməkdir. Azdo.az platformasında sifarişçi şəxslər təmir xidmətləri, kompüter həlləri, dil öyrənmə, dayə xidməti, foto, video, audio dəstək, kuryer, gözəllik-baxım, sağlamlıq kimi gündəlik və aylıq təlabatlarına platformada yer alan icraçıların təkliflərindən yararlanmaqla istifadə edə bilərlər.
Platformada yer alan 3000-dən çox icraçı, sifarişçilərin istək və tələblərinə uyğun onlara öz təkliflərini göndərə, yaradılan tapşırıqlarda iştirak sorğusu yarada bilərlər. Burada icraçılar istək və tələbatlarına uyğun tapşırıqlar yaratmaqla vahid platformada bir neçə icraçıdan təklifləri ala bilirlər. Bu da öz növbəsində rəqabətin yaranmasına və daha optimal qiymətə işin icrasına səbəb olur. Platformada sifarişçi yəni iş təklif edənlə yanaşı icraçı olmaq da sərbəstdir. Yəni siz əgər hər hansısa bilik və bacarığa sahibsinizsə, rahatlıqla azdo.az-da qeydiyyatdan keçib öz xidmətinizi sifariş yerləşdirənlərə təklif edə bilərsiniz.
Şikayətlər baxılmadan silinir,şikayətə baxandan şikayət etmək, yalnız bizdə belədi.