Suche
Generic filters
Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Google Play Store-dakı bəzi tətbiqlər istifadəçi məlumatlarını ABŞ-ın xüsusi orqanlarına göndərirmişlər

Google Play Store-dakı bəzi tətbiqlər istifadəçi məlumatlarını ABŞ-ın xüsusi orqanlarına göndərirmişlər

   Google Play Store-da zərərli tətbiqlərin olma faktı artıq heç kimi təəccübləndirmir. Lakin adətən zərərli proqram təminatlarının yayılması ilə hackerlər, dələduzlar qrupu və s. şəxslər məşğul olurlar. The Wall Street Journal-ın verdiyi məlumata əsasən bu siyahıya həmçinin ABŞ-ın xüsusi dövlət orqanları da daxil olublar. Verilmiş məlumata əsasən bəzi tətbiqlərə inteqrasiya edilmiş SDK (Software Development Kit) istifadəçi məlumatlarını ABŞ-ın kəşfiyyat cəmiyyəti ilə çalışan podratçılardan (öz öhdəliyi altında sifarişçinin göstərişi ilə öz materiallarından və ya sifarişçinin materiallarından müəyyən ödəniş müqabilində istifadə etməklə müəyyən işləri yerinə yetirməyi öhdəsinə götürən ixtisaslaşmış müəssisə) birinə göndərir. Sözügedən layihənin mərkəzi, Panamada qeydiyyatdan keçirilmiş Measurement Systems adlı şirkətdir.

Maraqlısı ondadır ki, az tanınan bu şirkət proqram təminatı tərtibatçılarına, tətbiqlərə fərdi SDK-nı əlavə etməyi təklif edib. Bununla belə bunu reallaşdırmaq üçün şirkət həmçinin tərtibatçılara 100$-dan 10.000$-a kimi pul da təklif edib.

    Məlumatda qeyd edilib ki, sözügedən SDK metereoloji, yollarda radarların axtarışı, müsəlmanlar üçün nəzərdə tutulmuş dini tətbiqlər və s. kimi proqram təminatlarında istifadə edilib. Məlumata əsasən bu cür tətbiqlər ümilikdə 60 milyon dəfə yüklənilib. Measurement Systems şirkəti əməkdaşlığa razı olmuş tərtibatçılara bildirib ki, istifadəçi məlumatları internet provayderlər, energetik şirkətlər və maliyyə servisləri üçün yığılır. Bundan əlavə olaraq şirkət həmin tərtibatçılara bildirib ki, onları daha çox Yaxın Şərq, Asiya və o cümlədən Mərkəzi və Şərqi Avropadan olan məlumatlar maraqlandırır. Diqqət çəkən məqam ondan ibarətdir ki, adətən bu regionlardan olan məlumatlar daha az marağa səbəb olurlar. Məsələn məlum olub ki, SDK-nın istifadə edildiyi hava proqnozu tətbiqlərindən biri İranda çox məşhurdur. Qeyd etmək lazımdır ki, İran isə öz növbəsində ABŞ üçün böyük maraq doğurur.

SDK-nın aktivləşməsindən sonra cihazın dəqiq yerləşdiyi yer, telefon nömrəsi, elektron poçt ünvanı və yaxınlıqda yerləşən digər cihazlar barəsində məlumatlar da daxil olmaqla böyük həcmli istifadəçi məlumatları yığılıb.

    Bundan əlavə olaraq yığılmış məlumatlar arasında həmçinin istənilən növ şifrələr də mövcud olub. SDK Whatsapp-dan olan faylların yerləşdikləri qovluqlar da daxil olmaqla fayl sistemini qismən skan etmiş ola bilər. Zərərli proqram təminatı ilk öncə AppCensus adlı şirkət tərəfindən aşkar edilib. Sözügedən şirkət mobil kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir. Şirkətin təmsilçiləri bildiriblər ki, aşkar edilmiş SDK son 6 il ərzində müşahidə edilmiş mobil tətbiqlər arasında insanların özəl həyatlarına daha dərindən daxil olan SDK-dır. Bu məsələ ilə bağlı məlumatın ortaya çıxmasından sonra Google şirkəti Play Store-dan zərərli proqram təminatlarını silməyə başlayıb. Measurement Systems şirkəti isə birdən-birə məlumatların yığılma prosesini dayandırıb. Google bildirib ki, tərtibatçılar öz tətbiqlərindəki mövcud zərərli SDK-nı siləndən sonra tətbiqləri Play Store-a geri qaytara bilərlər. Bundan əlavə olaraq zərərli SDK-nı özündə birləşdirən bəzi tətbiqlərin siyahısı təqdim olunub. Sözügedən tətbiqlərin tez zamanda smartfonlardan silinməsi məsləhət görülüb. Siyahı isə belədir:

– Speed Camera Radar

– Al-Moazin Lite (Prayer Times)

– WiFi Mouse (remote control PC)

– QR & Barcode Scanner

– Qibla Compass – Ramadan 2022

– Simple weather & clock widget

– Handcent Next SMS – Text w/ MMS

– Smart Kit 360

– AI Quarun Mp3 – 50 Reciters & Translation Audio

– Audiosdroid Audio Studio DAW – Apps on Google Play.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam, yazi size bildirirem ki men kontak homun daimi musderisiyem, oradan indiyedek 3 mobil telefon, televizor, 2-kondisener, bas qirxan masinka, problem olmuyub mehsularda, nedeki odenislerimde butun mesullari 1 ay qabaqdan edib naglamisam, 28.12.2020-ilde oradan axrinci sefer samsung note 20 ultra…

0
1+
Kamal

28 Yanvar 2021
1

Salam mənim şikayətim servis xidmətlərinədir. Avqust ayının 9dan telefonumu vermişəm təmirə sentyabr ayıdır gələndə bir xəbər yoxdur *0171 zəng edirəm operator deyirki səbr edin. Nə baş ofisin nömrəsini vermirlər nədə servis xidmətlərinin. mən sirkətinizi məcburam məhkəməyə verəm

0
19+
avataravatarTamerlanGunayMeryamResadLeylaGulcan

01 Sentyabr 2021

Salam Solitonda yetkili bir shexs yoxdurki ,sikayete baxsin her kesi servize yonlendirirler demeli bular xarab mal satib sonrada camaati servize yonlendirirler.Servizde yalandan 20gun saxlayir sonra getirir ki duzledi.Solitondan bir vezifeli sexsh bir sikayete baxan insan tapilsin.Besdirin daha ayibdi her shey…

0
0

20 Oktyabr 2020
1

2 gün du məhsulları gətiriblər , servisə zəng edirəm deyirlər 2 gün ərzində gəlib quraşdırılacaq , çox gec işləyirlər

0
9+
avatarSevinjElnurElcinUlviValiXalidKemale

13 Dekabr 2021
1

Daha çox şikayət görmək üçün daxil ol

4481043

Bakı-Quba yolunda Ziya Məmmədovun biabırçılığı üzə çıxdı – VİDEO

279022873_2165883226903233_6287770741756472059_n

Bakıda kuryerlər tətil çağırışı etdi.

1650703884_vbb

Ağstafa rayonundakı gülünc asfaltlama işi ilə bağlı RƏSMİ AÇIQLAMA

DTX

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) fırıldağına görə saxlanılanlar var

samsung-un-galaxy-mehsullarinin-istifadecileri-oz-cihazlarini-ferdi-sekilde-temir-ede-bilecekler4186

Samsung-un Galaxy məhsullarının istifadəçiləri öz cihazlarını fərdi şəkildə təmir edə biləcəklər

gundelik-islerinize-icraci-tapa-bileceyiniz-yerli-platforma---azdo.az505

Gündəlik işlərinizə icraçı tapa biləcəyiniz yerli platforma – AZDO.AZ

en-yuksek-radiotezlikli-sualanmaya-sahib-smartfonlarin-reytinqi-tertib-olunub8562

Ən yüksək radiotezlikli şüalanmaya sahib smartfonların reytinqi tərtib olunub

PulHCqnN295rkAepvbv72rzdlsHzROelON9jsc7s

Ələt qəsəbəsindəki Mədəniyyət evi baxımsız haldadır

1648651005_1648645191_terminal

Terminallarla pul köçürərkən faiz tutulacaq – AÇIQLAMA

geekbench-xiaomi-mobil-oyunlar-zamani-oz-smartfonlarinin-performanslarini-asagi-salir5209

Geekbench: ‘Xiaomi mobil oyunlar zamanı öz smartfonlarının performanslarını aşağı salır’