Geekbench: ‘Xiaomi mobil oyunlar zamanı öz smartfonlarının performanslarını aşağı salır’
Mart 30, 2022
Məşhur Geekbench bençmark saytının təmsilçilərindən biri Xiaomi Mi 11 smartfon modelinin qeyri-adi test nəticələrini təqdim edib. Məsələ burasındadır ki, smartfonun adi test nəticələri normaldır. Lakin test çərçivəsində mobil oyunları işə salan zaman smartfonun performans göstəriciləri nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Geekbench bençmark saytının yaradıcılarından biri olan John Poole öz Twtter hesabında bildirib ki, Xiaomi şirkəti müəyyən tətbiqlərin işə salınması zamanı smartfonlarının performanslarını aşağı salır. Həmin tətbiqlərin siyahısı isə əməliyyat sisteminin daxilinə inteqrasiya edilib. Nəticədə siyahıda olan bu və ya digər tətbiq işə düşən zaman smartfonun performansı avtomatik olaraq aşağı düşür.
Məsələn, Mi 11 smartfonundakı Geekbench tətbiqinin adı Fortnite-a dəyişdiriləndən sonra smartfonun Geekbench-in birnüvəli testində göstəriciləri 30%, çoxnüvəli testində göstəriciləri isə 15% aşağı düşüb. Eyni hadisə bençmark tətbiqinin adının Genshin Impact oyununun adı ilə əvəz edilməsindən sonra da müşahidə edilib. Güman edilir ki, Xiaomi yüksək resurs tələb edən tətbiqlərin işə salınması zamanı smartfonun performans göstəricilərini bilərəkdən aşağı salır ki, smartfon qızmasının qarşısı alınsın və batareyanın çalışma müddəti uzansın. Xiaomi daha öncə rəsmi şəkildə öz smartfonunda bu cür özəlliyin olduğu barəsində məlumat verməmişdi. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə eyni hal Samsung smartfonlarında da müşahidə edilmişdi. Nəticədə Samsung bu mənfi özəlliyi aradan qaldıran sistem yenilənməsini təqdim etdi.
Salam internet paketinin pulunu 06.11.2024 tarixində ödəmişəm hər gündə 3 dəfə zəng vurmuşam deyirlər həll edəcəyik bu ayın 09-du hələ də balansa oturmayıb
Salam oktyabrin ayinin 17den telefonumu servise vermisem helede xeber yoxdu.her gün zeng edirem mene her defe bir söz deyirler.zehmet olmasa menim sikayetime baxilsin eks halda yoldasim polise sikayet edecek