Geekbench: ‘Xiaomi mobil oyunlar zamanı öz smartfonlarının performanslarını aşağı salır’
Mart 30, 2022
Məşhur Geekbench bençmark saytının təmsilçilərindən biri Xiaomi Mi 11 smartfon modelinin qeyri-adi test nəticələrini təqdim edib. Məsələ burasındadır ki, smartfonun adi test nəticələri normaldır. Lakin test çərçivəsində mobil oyunları işə salan zaman smartfonun performans göstəriciləri nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Geekbench bençmark saytının yaradıcılarından biri olan John Poole öz Twtter hesabında bildirib ki, Xiaomi şirkəti müəyyən tətbiqlərin işə salınması zamanı smartfonlarının performanslarını aşağı salır. Həmin tətbiqlərin siyahısı isə əməliyyat sisteminin daxilinə inteqrasiya edilib. Nəticədə siyahıda olan bu və ya digər tətbiq işə düşən zaman smartfonun performansı avtomatik olaraq aşağı düşür.
Məsələn, Mi 11 smartfonundakı Geekbench tətbiqinin adı Fortnite-a dəyişdiriləndən sonra smartfonun Geekbench-in birnüvəli testində göstəriciləri 30%, çoxnüvəli testində göstəriciləri isə 15% aşağı düşüb. Eyni hadisə bençmark tətbiqinin adının Genshin Impact oyununun adı ilə əvəz edilməsindən sonra da müşahidə edilib. Güman edilir ki, Xiaomi yüksək resurs tələb edən tətbiqlərin işə salınması zamanı smartfonun performans göstəricilərini bilərəkdən aşağı salır ki, smartfon qızmasının qarşısı alınsın və batareyanın çalışma müddəti uzansın. Xiaomi daha öncə rəsmi şəkildə öz smartfonunda bu cür özəlliyin olduğu barəsində məlumat verməmişdi. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə eyni hal Samsung smartfonlarında da müşahidə edilmişdi. Nəticədə Samsung bu mənfi özəlliyi aradan qaldıran sistem yenilənməsini təqdim etdi.
Bu artıq hər kəsə məlumdur ki, Bakcell müxtəlif yollarla fərqli paketləri aktivləşdirərək, balanslarında məbləğləri silirlər. Bu dəfə ki, şikayətim 31.12.2014 tarixində baş verən balans silinməsi barəsindədir. 1.99 AZN balansimdan silinərək əvəzində 60 dəq. ölkədaxili danışıq və 1 GB internet paketi…
Niyə nar mobildə video zəng əlaqsi işləmir.Amma əvvəllər narda şəbəkə daxili belə əlaqələr vardır.Nar abonentləri bir – birləriilə video zəng edərdilər.Bu sistemi bərpa olsaydı yaxşı olardı. Niyə danışıq müddətin göstərən smse görə əlavə pul tutulur. Nə Bakceldə nə də Azercell-də…
Bakcell müşterilerinin pullarını oğurlayır günün istenilen saatında müşteri xidmetlerine zeng vurusan ve heç bir halda müşteri xidmetleri cavab vermir ve balans bitir ve gözleme kesilir 3 gündü seher günorta ve axşam zeng vururam ilk defe 3 azn sonra 2.96 azn…