Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

BNA-nın kamera ilə yazdığı cərimələrin hamısı qanunsuzdur – Hüquqşünas qanunda yazılanları izah etdi

BNA-nın kamera ilə yazdığı cərimələrin hamısı qanunsuzdur – Hüquqşünas qanunda yazılanları izah etdi

 

Bugünlərdə Apellyasiya Məhkəməsi Bakı Nəqliyyat Agnetliyi tərəfindən vətəndaşa dayanma-durma ilə bağlı kamera vasitəsilə yazılmış protokola xitam verərək qərar çıxarıb. Məhkəmə qərarında aydın şəkildə izah olunub ki, BNA-nın xüsusi texniki vasitə sayılan kamera ilə dayanma-durma qaydasını pozan sürücülərə cərimə yazması qanunsuzdur. Bu barədə Avtosfer.az saytında bir neçə dəfə material yayılsa da, BNA hər dəfə özünə haqq qazandırmağa çalışıb.

Bəs indiyədək minlərlə vətəndaşa yazılmış protokollar qanunsuzdurmu? Bu suala cavab tapmaq üçün hüquqşünas Ərşad Hüseynova müraciət etdik.

Hüquqünas Avtosfer.az-a bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 124.5 maddəsində dayanma və durma qaydalarının pozulmasına görə cərimə yazılması proseduru nəzərdə tutulub. “Prosedur ondan ibarətdir ki,  dayanma və durma qaydasını pozmaqla aşkar olunmuş, yaxud duracağa qoyulmuş avtomobillər üzrə qərar verən səlahiyyətli şəxslər ölkəmizin hər yerində Dövlət Yol Polisinin əməkdaşlarıdır. Bakı şəhərinin inzibati ərazisində isə həm də Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli əməkdaşları bunu icra edir. Qanun deyir ki, əməkdaş həmin nəqliyyat vasitəsinə yaxınlaşmalı, operativ nəqliyyat vasitəsinə quraşdırılmış bort-komüter və ya planşetlə onun foto və videogörüntüsünü qeydə almalıdır. Daha sonra sistem üzərindən elektron qaydada protokol tərtib etməli, həmin qərarı sistemə yerləşdirməlidir. Sürücünün iştirakı olmadan qərarın bir nüsxəsini isə çap edərək avtomobilin alın şüşəsinə qoymalıdır. Prosedur belədir və orada kamera vasitəsilə elektron qaydada protokol tərtib olunması nəzərdə tutulmur. Kamera vasitəsilə elektron qaydada prptokol tərtib olunması nəzərdə tutulan İnzibati xətaların siyahısı İnzibati Xətalar Məcəlləsinin 122.1- ci maddəsində göstərilib. Həmin maddədə isə dayanma və durma qaydalarının pozulması hallarından heç biri yoxdur. Yalnız avtobusların dayanacaqdan kənar dayanıb sərinişin mindirmək və düşürməsi barədə qeyd var. Bu da təbii ki, digər nəqliyyat vasitələrinin, minik avtomobillərinin, yük avtomobillərinin, marşurut avtobuslarından kənar avtobuslara aid deyil”.

Ərşad Hüseynov qeyd edib ki, bu hal əvvəldən var idi. “Amma 2021-ci il, aprelin 14-nə qədər dayanma və durma qaydalarının pozulmasına görə kamer vasitəsilə cərimə yazıldığı təqdirdə bunun nəticəsi necə olardı sualının cavabı qeyri-müəyyən idi. İnzibati Xətalar Məcəlləsində 2021-ci il aprelin 14-ə qədər konkret olaraq göstərilməyib ki, bu halda böyük prosedur pozulmaqla, qanuni nəzərdə tutulmuş qayda pozulmaqla, əldə edilmiş sübut olarsa həmin qərar ləğv edilməlidir. Belə bir müddəa yox idi. Qeyri-reallıq var idi. Sadəcə prosedur var idi, proseslərin pozulması hallarının nəticələrin qiyməti yox idi. 2021-ci ilin aprelin 14-də İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər qüvvəyə mindi. Bu dəyişikliklərdən ən mühümü İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin əlavə edilməsi oldu. Əlavə olunmuş maddədə birbaşa göstərilir ki, əgər inzibati məsuliyyətə cəlbetmə zamanı qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilirsə bu hal yolverilməzdir. Bu hal olarsa inzibati iş üzrə baş tutan icraata başlamaqdan imtina olunmalıdır. Başlanmış icraat olsa belə həmin icraata xitam verilməlidir. Yəni, qanuna zidd olaraq əldə olunmuş sübutun əsasında qərar çıxarmaq qadağandır. İnzibati Xətalar Məcəlləsinin 135- ci maddəsində də, dəyişiliklər olub. 135- ci maddədə göstərilirdi ki, əgər həmin qanuna zidd üsulla əldə olunmuş sübutdan istifadə olunmuş qərar çıxarılıbsa 53.2 maddəyə istinadən, həmin qərar yuxarı orqan və ya məhkəmə tərəfindən ləğv oluna bilər. Xüsusi araşdırmalar etməyə ehtiyac yoxdur. Təcrübədə isə çox təəssüf ki, kamera vasitəsilə cərimə yazılması uzun müddətdir geniş yayılıb. Son zamanlar hakimlər bu məsləyə daha diqqətlə yanaşmağa başlayıblar. Qanunun hərfi mənasında daha düzgün tətbiq eləməklə bu tipli halların qarşısını almaq istiqamətində qərarlar qəbul edirlər. Kamera vasitəsilə qeydə alınıb təsdiq olunan bəzi qərarların hətta apelayasiya məhkəməsi səviyyəsində ləğv olunması bunun məcəlləyə, dediyimiz normalara istinadən əsaslandırılması mövcuddur. Hər kəs qanuna düzgün riayət eləsə daha yaxşı olar”.

Avtosfer.az

Nərminə Əli

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Balaken rayona nesimi kucesinde su sayaqacsizdir dede babamizdan suyu borudan cekilmiw wlanqla iwledirik azersu numayandeleri gelib suyumuzu kesirdiler suyu kesmemek ucun menen 150 AZN pul teleb etiler ve 120 AZN aldilar menen

2 gün əvvəl
0

Artıq 2ay olacaq mən vesiqe vermisem vaxti kecmisdi xeberim olmayib vaxtinnan deyismek bes demisem 2024ci ilde deyisecem hemde itirmisdim tapdim bu vesiqeni arasdirmaq ne olan birseydiki 2aydi artıq vermiller vesiqemi bele şey olar menede lazimdi vesiqe xestexaniya gedirem vesiqe isteyiller…

3 gün əvvəl
0

Salam,  bu gün Əhməd Rəcəbli 57 a ünvanında,Confetti restoranına dönən yerdə həyətə giriş üçün yol var,həyətə dönərkən solda maşınlar park edilmişdi məndə o sırada maşını saxladım, 20 manat cərimə yazilib,hansı ki heç bir qadağa işarəsi ,dayanma durma ilə bağlı nişan…

4 gün əvvəl
0

Iki gundu saygac koda dusub gelib baxan yoxsu 1 hefde gozlemeliyik biyabirciliqdi 1 mant borc olanda naxafi kesiler indi gelib duzelden yoxdu

Daha çox şikayət görmək üçün daxil ol

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ

1657282117_62c81d5d99b3762c81d5d99b38165728188562c81d5d99b3562c81d5d99b36

MİDA-dan ev alanların nəzərinə! – Nəticələr ləğv edildi, həbs edilənlər var

0825c029-832f-4afd-b437-f8b6f9fa3726

“Atatürk” parkında içdiyi çayın qiyməti müştəriyə ŞOK yaşatdı – FOTO