Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

AZAL – ın baha qiymətləri Naxcıvanda uzun növbələrə səbəb olub

Sərnişin sayı artdığından, Naxçıvandan Bakıya və əks istiqamətə təyyarə bileti tapmaq müşkülə çevrilib. Sıxlığa səbəb, Bakıdan qonşu ölkələrə, xüsusilə Türkiyəyə təyyarə biletlərinin xeyli bahalaşması göstərilir. Bir çox sərnişinlər ucuz başa gəlsin deyə, xarici ölkələrə getmək üçün, Naxçıvanın quru ərazisindən istifadə etməyə üstünlük verir. Bu isə Naxçıvana uçan təyyarələrə uzun növbələr yaradır.

Naxçıvandan quru yolla İran və Türkiyəyə getmək üçün tətbiq olunan məhdudiyyət bir müddətdir ki, tam aradan qaldırılıb. Azərbaycanın digər quru sərhədlərində isə bu məhdudiyyət hələ də davam edir.

Şəmkir rayonundan olan şikayətçi Vahid Əliyev “Gündəlik Naxçıvan”a deyir ki, Naxçıvandan Bakıya qayıtmaq üçün bir neçə gündür bilet tapa bilmir. Burada qalmağa yeri olmaldığından, xəstə övladı ilə birgə aeroporta gecələməli olur:

“Oğlumu müalicə üçün məcburi Türkiyəyə aparmalı idim. Quru yollar bağlı olduğundan, AZAL biletləri bir neçə dəfə qaldırıb. Ucuz yol axtarırdım ki dedilər, Naxçıvandan quru yolla Türkiyəyə getmək ucuz başa gəlir. Bilet alıb təyyarə ilə Naxçıvana, ordan da Türkiyəyə getdik. Ucuz başa gəldiyindən, qayıdanda da Naxçıvan yolunu seçdik. Ancaq, burada kassaya getdik, dedilər ki, bilet yalnız 20 gün sonraya var. Səhər tezdən gəlib növbəyə durasan, bəlkə əlavə reysə bilet ala bilərsən. Səhər 5-də kassaya getdim ki, qarşısı adamla doludur. Bilet çatmadı. Növbəti gün də ala bilmədim. Pulumuz qurtardığından, oteldə qala bilmirik. Burada elə tanışımız da yoxdur. Ona görə də aeroportda gecələmək oluruq. Nə qədər belə davam edəcək, bilmirik. Əlavə reyslərin sayı artırılsa, sıxlıq da aradan qalxar”.

Bakıya uçmaq istəyən Naxçıvan şəhər sakini Vahid Əliyev deyir ki, əlavə reyslərə biletlər tanışlıqla satıldığından, növbəyə durmağın da mənası yoxdur:

“Səhər 5-də gəlmişəm, sırada 85-ci nəfərəm. Nöbbədəkilərin çoxu Türkiyədən, İrandan qayıdanlardı. Aviakassanın açılmasından 4-5 saat keçməsinə baxmayaraq, cəmi 40 nəfərə bilet satılıb. Mühafizə əməkdaşları sağdan-soldan tanışlarını içəri buraxır. Arıq pul alıb, bilet təşkil edir. Buna görə də növbəyə yazılanlar bilet ala bilmirlər. Məcburiyyət qarşısında qalıb növbəti gün yenidən növbəyə yazılmaq üçün saat 5-dən aviakassanın önünə gəlməli oluruq. Rayonlardan gələnlər, elə aviakassanın binasının qarşısında gecələyirlər ki, növbələri əldən çıxmasın”.

Bakıdan Naxçıvana bilet almaq istəyən Gülgəz Məmmədova da deyir ki, iki gündür ard-arda aviakassanın qarşısına gəlib, bilet almaq üçün növbəyə yazılıb.O deyir ki, nəhayət bu gün bilet ala bilib. Ancaq, üç gün sonraya:

“Normal reysə bileti 20 gün sonraya dedilər. Bu da çox gec olurdu. Məcbur olub, iki gün uzun növbəyə durub, əlavə reys üçün üç gün bilet aldım. Hər il bu vaxt tətilə görə qıtlıq olur. Ancaq, belə olmamışdı. İndi gedənlərin sayı xeyli artıb. Quru sərhədləri açsalar, belə olmaz”.

Bakıdan Naxçıvana və əks istiqamətə gün ərzində üç sabit təyyarə reysi həyata keçirilir. Sıxlıq yarandıqda isə, 1-2 əlavə reys xəttə buraxılır. Sərnişinlər bildirir ki, əlavə reyslərin sayı artırılsa, sıxlıq da aradan qalxacaq

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam menim şikayətim Fəxri Əhmədov sizə bildirən xəbərdarlıq və xaişim var ordakı işçiləri çox volta verilib və öz başına İlqar xaiş edrem Araşdirin baxılmasa cahangir müəllimə belə gedəcəm olmasa Mehriban xanıma şikayətimi bildirecem

Baki Moskva istiqametinde rezerv zamani soyadda herf sehfi etdim , hemen deyqe call centre zeng etdim 1 sahhat zenge hec kim cavab vermedi , zeng ede ede [email protected] saytna sorgu gonderdim soruguya sabahsi gun cavab verildiki herf sehfin duzeldmek mukun…

16 Mart 2021
0

Salam. Yazacağım post AZAL’la əlaqədardı. Köməklik göstərən olsa şad olaram. Deməli dekabr ayının 5-i AZALdan Bakı-İzmir-Mardin reysinə 372$-a 2 nəfərlik bilet almışdım.(Ödəniş yeri kiwi..com) Uçuş zamanı 24 dekabr idi. Ancaq bəzi işlərim çıxdığına görə uçuşa 6 gün qala uçuşu ləğv…

08 Mart 2021
0

Salam Sernishinlerle davranish sifir derecesinde o cümleden sual verdikde beli xeyr evezine bash hereketleri ile cavab alirdim bundan savayi agressiv cavablar. Mene defelerle sen deye müraciet edildi hetda sonda irad bele bildirdim. Sual verdikde mene rus dilinde cavab verirdiler( niye…

06 Yanvar 2020
0

Daha çox şikayət görmək üçün daxil ol

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ

1657282117_62c81d5d99b3762c81d5d99b38165728188562c81d5d99b3562c81d5d99b36

MİDA-dan ev alanların nəzərinə! – Nəticələr ləğv edildi, həbs edilənlər var

0825c029-832f-4afd-b437-f8b6f9fa3726

“Atatürk” parkında içdiyi çayın qiyməti müştəriyə ŞOK yaşatdı – FOTO