Şikayətlər baxılmadan silinir,şikayətə baxandan şikayət etmək, yalnız bizdə belədi.
İdarə etməsi Türkiyə şirkətinə verilən “Azərlotereya” ASC 2021-ci ildə 7.58 milyon manat həcmində xalis mənfəət açıqlayıb, lakin şirkətin uduşlar üzrə böyük həcmdə borcları yaranıb.
İndex.az bu barədə dövlətə məxsus mərc şirkətinin hesabatına verilən audit rəyinə istinadən xəbər verir. Hesabatı KPMG audit şirkəti aparıb.
Rəydə qeyd edilir ki, “Azərlotereya”nın satışdan gəlirləri öncəki ildən 2.5 dəfə çox olmaqla 43.97 milyon manat olub. Satışdan gəlirlərinin artması ilə paralel olaraq onun maya dəyəri də artıb, amma gəlirlər qədər yox -2.3 dəfə. Beləliklə, satışların maya dəyəri hesabat ilində 23.1 milyon manat olduğundan onun ümumi mənfəəti 20.87 milyon manat təşkil edib.
Şirkətin 883 min manatlıq reklam xərci, 5.95 milyon manatlıq inzibati və ümumi xərc, 1.81 milyon manatlıq isə “sair” kimi təsbit edilən xərci olub.
Şirkət 505 min maliyyə gəliri olduğu halda, 48 min manatlıq həmin qəbildən xərci olub.
İl üzrə 7.58 milyon manatlıq xalis mənfəət onun balansındakı bölüşdürülməmiş mənfəəti 9.73 mln. manata yüksəldib.
Hesabatda qeyd edilir ki, şirkət səhmdarlarına 3.1 milyon manatlıq dividend ödəyib.
Şirkətin aktivlərinin həcmi 31.87 milyon manat, öhdəlikləri isə 21.67 milyon manat olub. Şirkətin vergi borclarının son bir ildə 518 min manatdan 3.8 milyon manata, uduşlar üzrə kreditor borclarının 2.84 milyon manatdan 9.25 milyon manata çatması daha çox diqqət çəkir.
Xatırlatma!
Azərbaycan Prezidentinin 16 yanvar 2021-ci il tarixli sərəncamı ilə “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.
Şikayətlər baxılmadan silinir,şikayətə baxandan şikayət etmək, yalnız bizdə belədi.