Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

İdarə etməsi Türkiyə şirkətinə verilən “Azərlotereya” ASC 2021-ci ildə 7.58 milyon manat həcmində xalis mənfəət açıqlayıb, lakin şirkətin uduşlar üzrə böyük həcmdə borcları yaranıb.

İndex.az bu barədə  dövlətə məxsus mərc şirkətinin hesabatına verilən audit rəyinə istinadən xəbər verir. Hesabatı KPMG audit şirkəti aparıb.

Rəydə qeyd edilir ki, “Azərlotereya”nın satışdan gəlirləri öncəki ildən 2.5 dəfə çox olmaqla 43.97 milyon manat olub. Satışdan gəlirlərinin artması ilə paralel olaraq onun maya dəyəri də artıb, amma gəlirlər qədər yox -2.3 dəfə. Beləliklə, satışların maya dəyəri hesabat ilində 23.1 milyon manat olduğundan onun ümumi mənfəəti 20.87 milyon manat təşkil edib.

Şirkətin 883 min manatlıq reklam xərci, 5.95 milyon manatlıq inzibati və ümumi xərc, 1.81 milyon manatlıq isə “sair” kimi təsbit edilən xərci olub.

Şirkət 505 min maliyyə gəliri olduğu halda, 48 min manatlıq həmin qəbildən xərci olub.

İl üzrə 7.58 milyon manatlıq xalis mənfəət onun balansındakı bölüşdürülməmiş mənfəəti 9.73 mln. manata yüksəldib.

Hesabatda qeyd edilir ki, şirkət səhmdarlarına 3.1 milyon manatlıq dividend ödəyib.

Şirkətin aktivlərinin həcmi 31.87 milyon manat, öhdəlikləri isə 21.67 milyon manat olub. Şirkətin vergi borclarının son bir ildə 518 min manatdan 3.8 milyon manata, uduşlar üzrə kreditor borclarının 2.84 milyon manatdan 9.25 milyon manata çatması daha çox diqqət çəkir.

Xatırlatma!

Azərbaycan Prezidentinin 16 yanvar 2021-ci il tarixli sərəncamı ilə “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

bu taksinizde mallimi qelyana aid aksuarlar ve adabdir xiomi qalib bu sexsin zehmet olmasa meni tapib mallimi qaytarsin zehmet olmasa bele de olmaz axi sirkwtinizdeki iscilerin zeng eleyirsen doluyular

26 Avqust 2022
0

Şikayət yazmışdım niyə sildiniz?Bolt bağlı idi

02 Aprel 2022
1

Salam 3 gundur oyunnan cixaris elemisem gelmir ve saytda yaziram diyur 24 saat erzinde gelecek 3 gundur yeniliyirem eyni karta ve bugun mene diyirlerki mail testiqled tesdiqledim ve balansda 670 manat pul varidi ve yeniliyennen sora profilime daxil ola bilmirem…

12 İyul 2022
0

Daha çox şikayət görmək üçün daxil ol

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ

1657282117_62c81d5d99b3762c81d5d99b38165728188562c81d5d99b3562c81d5d99b36

MİDA-dan ev alanların nəzərinə! – Nəticələr ləğv edildi, həbs edilənlər var

0825c029-832f-4afd-b437-f8b6f9fa3726

“Atatürk” parkında içdiyi çayın qiyməti müştəriyə ŞOK yaşatdı – FOTO

socar11

SOCAR-ın 21 milyarddan çox borcu var

1657088416_1055328

Tanınmış mağazadan tortun içindən milçək çıxdığı iddiası

6771935

“Bolt” sürücüsü qəpikləri müştərinin üzünə çırpdı – VİDEO