Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Avtomobillərin SIĞORTA TARİFLƏRİ artırılır – Problem KİMDƏDİR? 

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev yerli mətbuata açıqlamasında avtomobillərin icbari sığortası ilə bağlı yeni mexanizmin işlənib hazırlandığını qeyd edib.

Belə ki, yeni metodun tədbiqindən sonra nəqliyyat vasitələri sığortalanarkən risk faktoru əsas götürüləcək. Yəni, sürücülərin qəza tarixçəsinə uyğun olaraq sığorta tarifləri müəyyənləşdirəcək və tez-tez qəzalar törədən sürücülər daha yüksək məbləğ ödəməklə avtomobillərini sığorta etdirə biləcəklər.

Digər tərəfdən, bir müddətdir ki, qəza riski yüksək olaraq qiymətləndirilən avtomobillərin sıoğrtalanmasına sığorta şirkətləri tərəfindən süni manelərin yaradıldığı da sürücülər tərəfindən qeyd olunurdu.

“Bu çox aktual bir məsələdir. Əslində, məsələni bu qədər qabarıq şəkildə ortaya çıxarmağa da ehtiyac yox idi. Çünki bir müddətdir, sığortaçılar qəza riski yüksək olan avtomobillərin sığortalanması ilə bağlı problem yaradırdı”, – deyə mövzunu Bizim.Media üçün şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Ekspertin sözlərinə görə, təəssüf ki, sığortaçılar sistemə elə müdaxilə edirlər ki, onlayn qaydada sığorta talonu almaq istəyənlərə sistemin işləmədiyi bildirilir:

“Bu zaman isə sual yaranırdı ki, digərləri üçün sistem çalışır, amma bu maşınlar üçün yox? Məlum olur ki, sistemə qəsdən müdaxilə edilir. İcbari sığortalar haqqında qanunun 23-cü maddəsinə əsasən isə istənilən vətəndaş müraciət etdikdə bu məsələ öz həllini tapmalıdır və heç kim buna mane ola bilməz. Amma bunlar öz xeyirlərini güdüb, ziyana düşməmək üçün belə bir metoda gedirlər. İndi də açıqlama verirlər ki, qiyməti artıracağıq”.

Elməddin Muradlı qiymət artımın labüdlüyünü də diqqətə çatdırıb:

“Qoy qəza törədən sürücülər artıq məsuliyyətlərini dərk etsinlər. Biri sığorta haqqı ödəyib, heç bir qəza törətmir, bu malus (əlavə ödəniş) sisteminə yox, bonus sisteminə düşür. Gələcəkdə bu cür sürücülərin sığorta tarifi daha aşağı hesablana bilər. Malus sistemində isə qəza riski olan avtomobillər, sürücülər nəzərə alınmalıdır. Mərkəzi sistemdə qeydiyyat aparılır, sığorta tarixçələrinə baxılır və əlbəttə qəza çox olanda tarifi də yuxarı hesablamaq olar”. 

Ekspert sözügedən metodun bir çox ölkələrdə tətbiq olunduğunu da qeyd edib:

“Sadəcə bizdə məsələ dolayı yolla gündəmə gətirilib. Belə yanaşma doğru deyil. Əgər sığorta tarifləri ilə bağlı dəyişiklik etmək istəyirdilərsə, bunu əvvəldən deməli idilər. Bunu hamı normal qarşılayardı. Çünki maşını 50 manata sığortalayırlar və ayda bir hadisə törədib, sığorta şirkətinə 3-5 min manat zərər vururlar. Belə sürücülər riskli sürücü kimi qəbul oluna bilər”.
Elməddin Muradlının sözlərinə görə, problem avtomobillərdə yox, sürücülərdədir:

“Ola bilər ki, “x” modeli sırf taksiyə gedir. Məsələn, London taksiləri. Lakin “Toyota Prius”ları şəxsi məqsədlər üçün istifadə edənlər də var. “Kia Rio”, “Hyundai Accent”, “Mercedes C-klass” kimi avtmobillər də bu siyahıya daxildir ki, onları qara siyahıya salmaq olmaz. Ona görə də, sığorta tarifləri məhz sürücülərə uyğun müəyyən edilməlidir”.

Murad Əhmədov, Bizim.Media 

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam mən Cavadov Aqil Hamil oğlu mülkiyyətçi olduğum Toyota Prius minik markalı 90 LY 467 NOMRƏ NİŞANLİ AVTOMOBİLƏ İCBRARİ SGORTASİ ETBRALİDİR AMMA 50 AZN CƏRMƏ GƏLİB Cərimə surmeyə davernis verdiyim sürücü Zeynalov Samir Kamil oğlu adına gəlib XAİŞ EDİREM ONU…

15 Aprel 2024
0

SALAM DEKABIRIN 14 DU MENIM MASINIMI EZIBLER ME E DEYIRLER 7 OS GUNU EROZINDE SIZE BIR SOZ DEYECEYLER YENI GIYMETLENDIRECEYLER AMMA HELEDR BIR XEBER YOXDU ZENQDE EDIREM HER DEFE GOZLETIRLER . HER ZENQ EDENDEDE 3-4 AZN KONTUR QEDIR . XAIS…

26 Dekabr 2023
0

Salam. Ola bilsinki Paşa sğortanın rəhbərliyinin qaynar xətdə oturan işçilərin iş keyfiyyətindən xəbərləri yoxdur. Mənə elə gəlirki bu işçilər adam yola verməklə məşğuldurlar. Başqa heçnə.Mən Hüseynov Talıb İslam oğlu. 3 cu həftədirki paşa sgorta məni aldadır. Heləki qiymətləndirmə olmayıb. Qaynar…

07 Oktyabr 2023
0

Salam. Artıq neçənci dəfədir ki, paşa sığorta ilə hər hansı bir hadisə ilə bağlı əlaqə saxlamaq mümkünsüzdür. Keçən günlərdə, yol qəzası hadisəsi islə bağlı əlaqə saxlamağa çalışdım, 20 dəqiqə sonra zəngimə cavab verildi və 20-30 dəq isə hadisə yerinə əməkdaşlar…

17 İyul 2023
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT